Xarici satınalma üzrə mütəxəssis
Vakansiya haqqında
Tələblər
- Xarici
satınalma və təchizat sahəsində təcrübə (texniki bilik, avadanlıq,
elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi,
beynəlxalq ticarətin əsasları bilməyi şərtdir);
- İngilis
və Rus dillərində yüksək yazı və danışıq bacarığı;
- İşgüzar
etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı;
- MS
Office proqram biliklərin olması;
- Bazarı
təhlil etmək bacarığı;
- Məsuliyyətlilik,
qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada
işləmək bacarıqları;
- Yüksək
kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri
- Təchizatçılar
ilə əlaqələrin qurulması;
- Satınalma
sənədlərinin hazırlanması;
- Satınalma
müqavilələrinin hazırlanması;
- Logistikanın
təşkil olunması və izlənməsi;
- Tədarükçü
şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə
xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi
və ölkəyə çatdırılmasının təşkil olunması;
- Xarici
bazar təkliflərinin müqayisəsi;
- Xarici
və daxili ezamiyyətlərə getməyə hazır olmaq;
- Malların
maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq
qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə
prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə
planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri
qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının
icrasını həyata keçirmək;
- Satınalma
müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr
apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə
bağlamaq;
- Sifarişin
qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət
araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim
etmək
- Razılaşdırılmış
sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
- Sifariş
verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini
tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq
üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün
mühasibatlığa ötürmək;
- Ödəniş
olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə
barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun
göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni
gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat
vermək və müvafiq göstərişə əsasən addımlar atmaq.
- Xanım
namizədlər
Qeyd - Rus dili ve Ingilis dili bilməyən namizədlər xahiş
edirik CV göndərməsin
Ünvan - Binə bazarı