İstifadə qaydaları
Saytdan istifadə etməklə aşağıdakı qaydalarla razılaşırsınız.
Vakansiyalar
- Elan real, mövcud iş yerinə aid olmalıdır. Hər elan dərc olunmazdan əvvəl moderator tərəfindən yoxlanılır.
- Qadağandır: namizəddən ödəniş tələb edən elanlar, şəbəkə marketinqi, «evdən asan qazanc» tipli təkliflər, ayrı-seçkilik edən tələblər (cins, din, millət, yaş üzrə əsassız məhdudiyyət).
- Maaş göstərilirsə, real olmalıdır. Elan 30 gün aktiv qalır, sonra avtomatik bağlanır.
- Qaydaları pozan elanlar səbəb göstərilməklə rədd edilir, təkrar pozuntuda şirkət hesabı bloklanır.
CV-lər
- CV-də yalnız özünüzə aid, doğru məlumat yazın. Başqasının adından CV yerləşdirmək qadağandır.
- CV mətnində reklam, keçid spamı və təhqiramiz ifadələr olmamalıdır.
Şirkət hesabları
- Namizədlərin əlaqə məlumatlarından yalnız işə qəbul məqsədilə istifadə etmək olar. Kütləvi reklam göndərmək və məlumatları üçüncü tərəflərə ötürmək qadağandır.
- Pulsuz paketdə ayda 5 CV əlaqəsi açmaq mümkündür. Pullu paketlər üçün bizə yazın.
Məsuliyyət
ishvar.az işəgötürənlə namizəd arasında vasitəçi platformadır və işə qəbul qərarlarına görə məsuliyyət daşımır. Şübhəli elan görsəniz, bizə bildirin.