Satış məsləhətçisi
Vakansiya haqqında
İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə etmələri
səbəbi ilə yaranmış vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün
komanda yoldaşları axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə
vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas
tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz
- Filiala
daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar
təklif etmək;
- Kompaniyalar
haqqında müştəriyə məlumat vermək;
- Satışı
həyata keçirtmək;
- Mağazadakı
məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək,
şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
Hansı super gücləriniz olmalıdır
- İnandırma
qabiliyyəti
- Gülərüzlü,
ünsiyyətcil
- Satış
sahəsində iş təcrübəsi min. 2 il
- Xarici
dil bilgisi ( rus və ya ingilis dili danışıq səviyyəsində )
- Komandada
işləmə bacarığına sahib
- Nitq mədəniyyəti
- 22-30
yaş aralığı namizədlər
- Tələbələr
üçün uyğun deyil
Biz sizə nələr təklif edirik
Şirkət
məhsullarını endirimlə əldə etmək imkanı;
- Partnyor
olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə
yararlanmaq imkanı;
- Şirkət
daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi
imkanı;
- 6
günlük növbəli qrafikdə iş rejimi (10:00-18:00, 12:00-20:00, 14:00-22:00)
- Satış
sahəsində nailiyyətlərə görə əmək haqqından əlavə bonuslar.
- Fix
450 Azn və faizdən ibarət əmək haqqı sistemi