Mağaza rəhbəri
Vakansiya haqqında
Biz sadəcə mağaza meneceri axtarışında deyilik...
Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də
sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən
məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli
əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi
və yeni filialların açılışıdır.
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas
tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz
- Qoyulmuş
satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Komandanın
satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
- Mağaza
heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət
olunmasının təmin edilməsi;
- Satışın
effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Müştəri
məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
- Mağaza
daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll
edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Hansı super gücləriniz olmalıdır
- Texniki
bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər
olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
- Dil
bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil
edir
- Komanda
ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin
potensialını ortaya çıxarır
- Empatiya:
Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını
anlayırsınız.
- Kreativlik:
Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
- Liderlik:
Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.
Biz sizə nələr təklif edirik
- 6
günlük növbəli qrafikdə iş rejimi;
- Şirkət
məhsullarını endirimlə əldə etmək imkanı;
- Partnyor
olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə
yararlanmaq imkanı;
- Şirkət
daxili təlim və inkişaf imkanları;
- Karyera
yüksəlişi imkanı;
- Satış
sahəsində nailiyyətlərə görə bonuslar.
- Fix
1000 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1200 – 2000
Azn)