Satıcı Ekspeditor (GƏNCƏ)
Vakansiya haqqında
İş haqqında
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə
avadanlıqlarının satışını genişləndirdiyi üçün Gəncə üzrə komandasına
motivasiyalı Satıcı Ekspeditor axtarır.
Bu vəzifə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər və
digər obyektlərlə işləməyi nəzərdə tutur. Şirkətin mövcud müştəri portfeli var,
eyni zamanda yeni müştərilərin cəlb edilməsi də gözlənilir.
Vəzifələr
- Məhsulların
müştərilərə təqdimatı və satışı
- Gəncə
və ətraf rayonlarda müştəri ziyarətlərinin həyata keçirilməsi və məhsulların
çatdırması
- Sifarişlərin
toplanması və qeydiyyatının aparılması
- Mövcud
müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi
- Yeni
müştərilərin cəlb olunması
- Satış
nəticələri üzrə hesabatların təqdim edilməsi
İş şərtləri
- Əmək
haqqı: 900 AZN (net) + bonus
- Yanacaq
xərcləri qarşılanır
- Avtomobil
amortizasiya xərcləri (dövri) qarşılanır
- Həftədə
1 gün istirahət
- Şirkət
tərəfindən məhsul və satış üzrə təlimlər
- Real
karyera inkişafı imkanı
- Stabil
müştəri portfeli və dəstəkləyici komanda
Tələblər
- Korporativ
satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi
- Şəxsi
avtomobil və sürücülük vəsiqəsi
- Azərbaycan
dilində sərbəst danışıq (Rus dili arzuolunandır)
- Yüksək
ünsiyyət və təqdimat bacarığı
- Məsuliyyətli,
nizamlı və aktiv olmaq
- Gəncə
və Gəncə ətrafı rayonlarda işləməyə hazır olmaq