Hüquq şöbəsi / Normativ hüquqi təminat sektoru / Baş hüquqşunas (sosial məzuniyyətdə olan işçinin yerinə)
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində
isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri
- Sektorun
səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət orqanı/qurumlarından,
hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət
adından göndərilən hüquqi əsaslı məktub, sorğu və müraciətlərin
qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə
yoxlanılmasında və eləcə də bu istiqamətdə zəruri olan digər hərəkətlərin
yerinə yetirilməsində iştirak etmək;
- Qanunvericiliyi
mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor
müdirinə məlumatların təqdim olunmasında iştirak etmək;
- Qanunvericilikdə
baş verən yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını
hazırlanmaq və sektor müdirinə təqdim olunmasında iştirak etmək;
- Tapşırığa
uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda
qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və
sektor müdirinə təqdim etmək;
- Cəmiyyətin
iş nomenklaturasına daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının
hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
- Cəmiyyətin
fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və
müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
- Şöbəyə
aid fəaliyyət əmrlərinin hazırlanması;
- Dövlət
orqanı/qurumlarından daxil olmuş normativ hüquqi akt layihələrinə, dəyişikliklərə
baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə
alınmaqla, təkliflərin verilməsində, müxtəlif normativ aktların layihələrinin
hazırlanmasında iştirak etmək;
- Sektorun
fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların
hazırlanmasında iştirak etmək;
- Sektorun
fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə
müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində
iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar
- Azərbaycan
dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Azərbaycan
Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Əmək
Məcəlləsini, “Yerin təki haqqında” AR Qanununu, “Lisenziyalar və icazələr
haqqında” AR Qanununu və digər əlaqəli normativ hüquqi aktları bilmək.
Tələb olunan təhsil
- Ali təhsil
(Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi
- Müvafiq
sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Əmək haqqı və əlavə imtiyazlar
- Əmək
haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara
beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı
yaradılır.
- Əməkdaşlara
idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə
hüququ verilir.
- Nəqliyyat
xidməti.
- Rəqabətli
mükafatlandırma sistemi.