Nəqliyyat şöbəsinin rəhbəri
Vakansiya haqqında
İş yeri: Kəlbəcər və Daşkəsən, Azərbaycan
Mədənçıxarma sahəsində fəaliyyət göstərən şirkət ağır
texnika və nəqliyyat vasitələrinin idarə olunması, texniki vəziyyətinə nəzarət
və texniki xidmət proseslərinin təşkili üzrə təcrübəli Nəqliyyat şöbəsinin rəhbərini
axtarır.
Əsas vəzifə öhdəlikləri
- Ağır
texnika və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətini idarə etmək və iş
prosesinə nəzarət etmək.
- Buldozerlər,
ekskavatorlar, yükləyicilər, avtoqreyderlər, özüboşaldan yük maşınları və
digər xüsusi texnikanın istismarına nəzarət etmək.
- Texnikanın
texniki vəziyyətini mütəmadi yoxlamaq və nasazlıqların vaxtında aradan
qaldırılmasını təmin etmək.
- Planlı
texniki xidmət və təmir işlərini təşkil etmək və koordinasiya etmək.
- Mexaniklər,
sürücülər və texnika operatorlarının fəaliyyətini əlaqələndirmək.
- Yanacaq
sərfiyyatına, texnikanın istifadəsinə və dayanma müddətinə nəzarət etmək.
- Ehtiyat
hissələrinin, təkərlərin və digər texniki materialların istifadəsini izləmək.
- Təmir
işlərinin keyfiyyətinə və texniki xidmət qrafiklərinə riayət olunmasına nəzarət
etmək.
- Texniki
xidmət və təmir xərcləri ilə bağlı hesabatlar hazırlamaq.
- Texniki
təhlükəsizlik və HSE tələblərinə riayət olunmasını təmin etmək.
- Nəqliyyat
və texnika ilə bağlı sənədləşmə işlərini aparmaq.
Tələblər
- Müvafiq
sahə üzrə ali və ya texniki təhsil.
- Nəqliyyat,
mexanika, ağır texnika və ya mədənçıxarma sahəsində minimum 5 il iş təcrübəsi.
- Nəqliyyat
və ya texniki xidmət istiqamətində rəhbər vəzifədə təcrübə.
- Buldozerlər,
ekskavatorlar, yükləyicilər, avtoqreyderlər və digər ağır texnika ilə iş təcrübəsi.
- Mexanika,
texniki diaqnostika, təmir və texniki xidmət prosesləri üzrə biliklər.
- Sürücülər,
operatorlar və texniki heyətlə işləmək bacarığı.
- Təşkilatçılıq,
koordinasiya və problem həll etmə bacarıqları.
- MS
Office bilikləri.
- İngilis
və rus dillərini bilmək üstünlükdür.