Anbardar
Vakansiya haqqında
AAC MMC komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi
yanaşan Anbardar axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Növbə ərzində
istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq
aktları tərtib etmək;
- Qəbul
edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş
anbardarı məlumatlandırmaq;
- Sifarişlərə
uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
- Yüklənən
məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
- Növbə ərzində
görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
- Növbə
sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
- İstehsalat
növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara
təqdim etmək;
- Avtokar
operatorlarının fəaliyyətinə nəzarət etmək;
- Hazır
məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını
və saxlanmasını təmin etmək;
- Anbar
sahəsindən səmərəli istifadəni təmin etmək;
- Anbarda
təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər
- Cins:
Kişi
- Yaş həddi:
25–40 yaş
- Anbar
sahəsində ən azı 1 il iş təcrübəsi;
- MS
Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
- Komandada
işləmək bacarığı;
- Məsuliyyətli,
diqqətli və intizamlı olmaq;
- Azərbaycan
dilini mükəmməl bilmək;
- Rus
dili biliyi arzuolunandır.
İş şəraiti
- İş
yeri: Səngəçal
- İş
rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
- Əmək
haqqı: 700–800 AZN
- Nahar:
Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat:
Şirkət tərəfindən təmin olunur