Hüquq şöbəsi / Baş hüquqşunas
Vakansiya haqqında
İş yeri: Bakı (mərkəzi ofis)
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində
isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri
- Müqavilələrin
və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılmasını
həyata keçirmək, müqavilə danışıqlarında iştirak etmək, müqavilə layihələrini
Cəmiyyətin maraqları və qanunvericiliyin tələbləri baxımından qiymətləndirmək
və bu istiqamətdə hüquqi rəy və arayışlar tərtib etmək;
- Müqavilələrin
icrası ilə bağlı hüquqi məsələləri və riskləri müəyyən etmək və qiymətləndirmək,
müqavilələrə əlavə və dəyişikliklərin, habelə xitam və digər əlaqəli sənədlərin
hazırlanmasını təmin etmək, müqavilə münasibətləri üzrə hüquqi məsləhət və
dəstək göstərmək;
- Normativ
hüquqi aktların və normativ xarakterli sənədlərin hazırlanmasını, hüquqi
ekspertizasını və qanunvericiliyə uyğunluğunun təmin edilməsini həyata
keçirmək, zəruri hüquqi təklif və rəylər hazırlamaq;
- Birgə
müəssisələrin yaradılması və fəaliyyəti ilə bağlı müqavilələrin və digər təsis
sənədlərinin hazırlanmasını və hüquqi ekspertizasını həyata keçirmək, tərəflərin
hüquq və öhdəliklərini, idarəetmə və qərar qəbuletmə mexanizmlərini,
iştirak paylarını və digər əsas şərtləri hüquqi baxımdan tənzimləmək,
danışıqlar prosesində hüquqi dəstək göstərmək və Cəmiyyətin maraqlarının
qorunmasını təmin etmək;
- Birgə
müəssisələrin təsisindən sonrakı korporativ prosedurların, təsisçi
(iştirakçı, ali idarəetmə orqanı və s.) qismində Cəmiyyət tərəfindən qəbul
edilməli qərarların və digər zəruri hüquqi tədbirlərin həyata keçirilməsini
hüquqi baxımdan müşayiət etmək;
- Hasilatın
Pay Bölgüsü Sazişləri (PSA) üzrə rəhbərliyin tapşırıqlarını icra etmək, həmin
tapşırıqlar əsasında hüquqi araşdırmalar aparmaq, hüquqi arayış və rəylər
hazırlamaq, aidiyyəti dövlət orqanları və qurumlarına, habelə digər
maraqlı tərəflərə ünvanlanacaq məktub və digər sənəd layihələrini
hazırlamaq, müvafiq qurumlarla hüquqi məsələlər üzrə kommunikasiya və
koordinasiyanı təmin etmək, görülmüş işlər və əldə edilmiş nəticələr barədə
şöbə müdirinin müavininə məlumat və hesabat təqdim etmək;
- Müxtəlif
sahələr üzrə qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi arayışlar, rəylər və
digər analitik sənədlər hazırlamaq;
- Dövlət
satınalmaları sahəsində qanunvericiliyin tətbiqi üzrə hüquqi dəstək göstərmək,
satınalma sənədlərinin və qərar layihələrinin hüquqi ekspertizasını həyata
keçirmək, satınalma prosedurlarında yaranan hüquqi riskləri qiymətləndirmək
və müvafiq rəylər hazırlamaq;
- Cəmiyyətin
struktur bölmələrindən daxil olan sorğular əsasında qanunvericiliyin və Cəmiyyətin
Nizamnaməsinin tətbiqi ilə bağlı hüquqi məsləhət və yardım göstərmək.
Tələb olunan bilik və bacarıqlar
- Azərbaycan
dilini mükəmməl, rus dilini isə sərbəst səviyyədə bilmək;
- Azərbaycan
Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Şəhərsalma
və Tikinti Məcəlləsini, Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Rəqabət Məcəlləsini,
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu,
"Yerin təki haqqında" Qanunu, "Lisenziyalar və icazələr
haqqında" Qanunu, "Ətraf mühitin mühafizəsi haqqında"
Qanunu, “İnzibati icraat haqqında” Qanunu, korporativ idarəetmə və
investisiya fəaliyyəti ilə bağlı qanunvericiliyi və digər əlaqəli
qanunvericilik aktlarını bilmək;
- Hasilatın
pay bölgüsü sazişlərinin əsas prinsipləri, hüquqi və müqavilə mexanizmləri
üzrə biliklərə malik olması arzuolunandır.
Tələb olunan təhsil
- Ali təhsil
(Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi
- Müvafiq
sahə üzrə 5 il iş təcrübəsi (Hasilatın pay bölgüsü sazişləri üzrə təcrübəyə
malik olması arzuolunandır).
Əmək haqqı və əlavə imtiyazlar
- Əmək
haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara
beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı
yaradılır.
- Əməkdaşlara
idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə
hüququ verilir.
- Nəqliyyat
xidməti.
- Rəqabətli
mükafatlandırma sistemi.