Razılaşma ilə
E
Tibbi nümayəndə
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
Vakansiya: Tibbi nümayəndə
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 800–1700 AZN
İş qrafiki: 5 günlük iş rejimi
Şirkətimiz məhsullarının tanıtımı və satış fəaliyyətinin genişləndirilməsi məqsədilə ünsiyyət bacarığı yüksək, məsuliyyətli və təşəbbüskar Tibbi nümayəndə axtarır.
Əsas vəzifə və öhdəliklər
- Şirkətin məhsullarının tibb müəssisələrində və apteklərdə tanıdılması və təqdim edilməsi;
- Həkimlər, əczaçılar və digər tibb işçiləri ilə peşəkar əməkdaşlıq münasibətlərinin qurulması;
- Məhsullar haqqında ətraflı məlumatın təqdim edilməsi;
- Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması;
- Satış dinamikasının izlənilməsi və təhlil edilməsi;
- Müəyyən edilmiş tapşırıqların və fəaliyyət planlarının vaxtında icrası.
Namizədə dair tələblər
- Ali təhsil və ya orta ixtisas tibb təhsili;
- Səlis və aydın nitq, effektiv ünsiyyət və təqdimat bacarığı;
- Səliqəli və rəsmi işgüzar geyim tərzinə üstünlük verilməsi;
- Dürüstlük, məsuliyyətlilik və intizamlılıq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı;
- Dinamik iş rejiminə uyğunlaşmaq və kollektivdə işləmək bacarığı.
Şirkət tərəfindən təklif olunur
- İş təcrübəsi olmayan namizədlər üçün ümumi tibb və marketinq istiqamətləri üzrə ödənişsiz təlimlərin keçirilməsi;
- Müsabiqədən uğurla keçən və sınaq müddətini müsbət nəticə ilə tamamlayan namizədlərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun elektron əmək müqaviləsinin rəsmiləşdirilməsi;
- Stabil əməkhaqqı və iş nəticələrinə əsaslanan əlavə mükafatlar;
- 5 günlük iş rejimi;
- Peşəkar bilik və bacarıqların inkişafı üçün imkanlar.
Əməkhaqqı: 800–1700 AZN (sabit əməkhaqqı və nəticələrə əsaslanan mükafatlandırma sistemi çərçivəsində).
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu)
OBA marketlər şəbəkəsi
BakıTam ştat20 gün əvvəl11
Razılaşma ilə
Razılaşma ilə