Daxil olCV yükləVakansiya göndər
B

Texniki Operator (Məişət Texnikasının təmiri Şöbəsi)

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
1 baxışSon tarix: 28 dekabr

Vakansiya haqqında

İş haqqında

Məişət texnikasının təmiri şöbəsinə sifarişlərin koordinasiyası, statusların idarə olunması, ehtiyat hissələrinin kodlaşdırılması və təmir prosesinə başlanğıcdan müştəriyə təhvil verilənədək nəzarət edəcək Texniki Operator axtarırıq.

Qeyd: Müştəri məlumatlarının ilkin qeydiyyatı ayrı əməkdaş tərəfindən aparılır; texniki operator işlərin icra mərhələsini və sistem qeydlərini idarə edir.

Əsas vəzifə öhdəlikləri

  • Sistemə daxil edilmiş təmir işlərinin müvafiq texniklərə ötürülməsi və icrasının izlənilməsi.
  • Texniklərdən daxil olan nəticələrə uyğun sistemdə statusların yenilənməsi (məsələn: təmir tamamlandı / hazır, ehtiyat hissə gözləmə rejimində və s.).
  • Ustaların tələb etdiyi ehtiyat hissələri üzrə istehsalçıların rəsmi saytlarından/kataloqlarından detal kodlarının müəyyən edilməsi, dəqiqləşdirilməsi, sistemdə qeydiyyata alınması və ustalara yönləndirilməsi.
  • Sifariş verilmiş ehtiyat hissələrinin gəlməsi barədə texniklərə operativ məlumat verilməsi.
  • Hər bir iş əmrinə başlanğıcdan iş bağlanıb müştəriyə təhvil verilənədək nəzarət edilməsi və prosesin gecikmədən yekunlaşdırılmasının təmin olunması.

İş şəraiti

  • İş rejimi: 6 günlük
  • İş saatı: 09:00 – 17:00, 10:00 – 18:00
  • Şənbə günü qısa iş günü
  • İstirahət: bazar günü
  • Əmək haqqı: 600 – 700 AZN
  • Ünvan: Bakı şəhəri, Tbilisi prospekti (Karvan Şadlıq Sarayının arxası)
  • Ünvan: Bakı, Xətai rayonu, M.Hadi küçəsi 41Y, Əhmədli metro stansiyasının çıxışı yaxınlığında

Tələblər

  • Rus dili biliyi — mütləqdir (sərbəst ünsiyyət və yazışma bacarığı).
  • İngilis dili biliyi — arzuolunandır (istehsalçı saytları və texniki sənədlərlə işləmək üçün üstünlükdür).
  • Microsoft Office proqramlarından (xüsusilə Excel və Word) inamlı istifadə bacarığı.
  • Servis mərkəzi, məişət texnikasının təmiri, ehtiyat hissələri uçotu və ya texniki koordinasiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Yüksək diqqət, dəqiqlik, məsuliyyətlilik və çoxtapşırıqlı mühitdə işləmə bacarığı.
  • Yaş həddi: 20–35 yaş
  • Cinsiyyət: fərq etməz
  • Təhsil: ilk peşə ixtisası — bakalavr
Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax

FəhləYeni

AZCD Group QSC
BakıTam ştat48 dəq əvvəl0
Razılaşma ilə