600–1 000 ₼
A
Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)
MaaşRazılaşma ilə
ŞəhərDigər regionlar
İş rejimiTam ştat
Təcrübə5+ il
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- Müvəqqəti yolun inşası çərçivəsində həyata keçirilən bütün mülki tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq;
- Yol tikintisi prosesində torpaq işləri, qazıntı, yol əsasının hazırlanması, geotekstil və geogrid materiallarının quraşdırılması, karbonat və çınqıl qatlarının döşənməsi və sıxlaşdırılması işlərinin keyfiyyətinə nəzarət etmək;
- Tikinti və quraşdırma işlərinin təsdiqlənmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) əsasən aparılmasını təmin etmək;
- Yolun layihədə nəzərdə tutulan eni, hündürlük göstəriciləri, qatların qalınlığı, maillikləri və digər texniki parametrlərinin tələblərə uyğunluğunu yoxlamaq;
- Torpaq və yol tikintisində istifadə olunan materialların laboratoriya sınaqlarının keçirilməsini təşkil etmək və nəticələrinə nəzarət etmək;
- Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik səviyyəsi və digər zəruri sınaqların layihə şərtlərinə uyğun aparılmasını izləmək;
- Mülki sınaq laboratoriyaları ilə işgüzar əlaqələndirməni həyata keçirmək, laboratoriya hesabatlarını və sınaq protokollarını nəzərdən keçirmək;
- Tikinti sahəsinə gətirilən materialların keyfiyyət sertifikatlarını, mənşəyini təsdiq edən sənədləri və texniki göstəricilərini yoxlamaq;
- Tikinti işlərinin hər mərhələsi üzrə keyfiyyət yoxlamalarını təşkil etmək, Yoxlama Sorğularını (Inspection Request – IR) hazırlamaq və təsdiq prosesini izləmək;
- Müəyyən edilmiş uyğunsuzluqları sənədləşdirmək, Uyğunsuzluq Hesabatlarını (NCR) tərtib etmək və düzəldici tədbirlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Gündəlik keyfiyyət yoxlamalarını aparmaq və müvafiq QC hesabatlarını hazırlamaq;
- Ölçmə və sınaq avadanlıqlarına aid kalibrləmə sənədlərinin etibarlılıq müddətini yoxlamaq;
- Sifarişçi, podratçı, subpodratçı və laboratoriya əməkdaşları ilə keyfiyyətə nəzarət məsələləri üzrə koordinasiyanı təmin etmək;
- Tikinti sahəsində keçirilən daxili və xarici keyfiyyət auditlərində iştirak etmək;
- Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanması prosesinə dəstək göstərmək;
- Birbaşa rəhbər tərəfindən vəzifə öhdəlikləri çərçivəsində verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Mülki mühəndislik, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Mülki tikinti işlərində keyfiyyətə nəzarət istiqamətində minimum 5 il iş təcrübəsi;
- Yol tikintisi layihələrində praktiki təcrübəyə malik olmaq;
- Mülki sınaq laboratoriyaları ilə əməkdaşlıq etmək və laboratoriya nəticələrini təhlil edib qiymətləndirmək bacarığı;
- Torpaq işləri, yol əsasının qurulması, materialların sıxlaşdırılması və keyfiyyət parametrlərinin yoxlanılması üzrə texniki biliklər;
- Method Statement, ITP, IR, NCR və digər keyfiyyətə nəzarət sənədləri ilə işləmək təcrübəsi;
- Tikinti cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq, anlamaq və tətbiq etmək bacarığı;
- Keyfiyyətə nəzarət sahəsində tətbiq olunan yerli və beynəlxalq normativ tələblər barədə məlumatlı olmaq;
- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq və hesabat hazırlamaq bacarığı;
- İngilis dili biliyinə malik olmaq üstünlükdür;
- Məsuliyyətli, diqqətli və təşkilatçılıq qabiliyyətinə malik olmaq, komanda ilə işləməyi bacarmaq;
- Layihə ərazisində işləməyə hazır olmaq.
İş şəraiti
- İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, müvəqqəti yolun tikintisi sahəsi;
- Müqavilə müddəti: 3 ay. Layihənin tələblərindən asılı olaraq müqavilənin uzadılması mümkündür;
- Əməkhaqqı: Namizədin iş təcrübəsi və peşəkar səriştələri nəzərə alınmaqla müsahibə zamanı müəyyən ediləcək.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
Razılaşma ilə
Razılaşma ilə