Daxil olCV yükləVakansiya göndər
I

Zəmanət meneceri

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
1 baxışSon tarix: 26 dekabr

Vakansiya haqqında

Namizədə olan tələblər

  • Ali təhsil səviyyəsi;
  • Avtomobil sahəsində, xüsusilə servis xidməti və zəmanət əməliyyatları üzrə iş təcrübəsi;
  • Avtomobillərin texniki quruluşu və əsas sistemləri barədə ilkin biliklər;
  • Zəmanət siyasəti, tətbiq olunan şərtlər və istehsalçı qaydaları ilə işləmək bacarığı;
  • Servis proqramları, CRM/DMS sistemlərindən istifadə təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə ünsiyyət bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə bilik və praktiki bacarıqlar.

Vəzifə öhdəlikləri

  • Avtomobillərlə bağlı daxil olan zəmanət sorğularını qəbul etmək, nəzərdən keçirmək və prosesə nəzarət etmək;
  • Servis şöbəsi tərəfindən təqdim edilən zəmanət əməliyyatlarının istehsalçı və diler tərəfindən müəyyən edilmiş şərtlərə uyğunluğunu qiymətləndirmək;
  • Zəmanət əməliyyatları və ehtiyat hissələrinin kodlaşdırılmasının düzgün aparılmasını təmin etmək;
  • Zəmanət sorğuları üçün tələb olunan sənədləri, foto və video görüntüləri, eləcə də texniki məlumatları əldə etmək;
  • Zəmanət tələblərini müəyyən olunmuş müddətlərdə istehsalçıya və ya distribütora göndərmək;
  • İstehsalçı tərəfindən təsdiqlənən, qəbul edilməyən və ya əlavə məlumat tələb olunan müraciətlərin icra vəziyyətini izləmək;
  • Qəbul edilməyən zəmanət müraciətlərinin səbəblərini təhlil etmək və zərurət yarandıqda təkrar baxılması üçün əsaslandırılmış sorğular hazırlamaq;
  • Zəmanət əsasında dəyişdirilən ehtiyat hissələrinin qeydiyyatını və müvafiq qaydada saxlanılmasını təşkil etmək;
  • Zəmanət əməliyyatları üzrə kompensasiya və ödənişlərin istehsalçı tərəfindən qarşılanması prosesini izləmək;
  • Zəmanət xərcləri və geri ödənişlərlə bağlı dövri hesabatlar tərtib etmək;
  • Zəmanət müraciətlərinin cari vəziyyəti barədə məlumatları CRM/DMS sistemində mütəmadi yeniləmək;
  • Servis, ehtiyat hissələri, texniki heyət və satış şöbəsi arasında işgüzar əlaqələndirməni təmin etmək;
  • Müntəzəm təkrarlanan texniki nasazlıqları təhlil edərək nəticələr barədə rəhbərliyə məlumat vermək;
  • İstehsalçı tərəfindən yenilənən zəmanət şərtlərini, texniki bildirişləri və iş prosedurlarını izləyərək servis əməkdaşlarını məlumatlandırmaq;
  • Zəmanət müddəti qüvvədə olan avtomobillərlə əlaqədar müştəri müraciətlərinin müvafiq qaydada yönləndirilməsinə nəzarət etmək;
  • Zəmanət prosesləri üzrə mövcud daxili qaydaların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq.

İş şərtlərimiz

  • İş yeri: Üzeyir Hacıbəyli küçəsi 157C.
Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax
A

Memar-dizayner

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası
BakıTam ştat5 saat əvvəl1
Razılaşma ilə