Su hazırlanması üzrə mühəndis
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Mütəmadi
olaraq su hazırlığı sistemlərin avadanlıqlarının və mexanizmlərinin təmirini
həyata keçirmək.
- Su
hazırlığı sahəsinin avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün
istismarını və etibarlı işləməsini təmin etmək, avadanlıqları işlək vəziyyətdə
saxlamaq.
- Su
hazırlığı sistemi avadanlıqlarının sazlanması, sınaqları, təcrübə
istismarı və mərhələli şəkildə istismara verilməsi işlərində iştirak etmək.
- Sənədləri
tərtibat qaydalarına uyğun doldurmaq.
- Avadanlığın
sazlanması, işlək vəziyyətinin təmin edilməsi, həmçinin su hazırlığı sahəsinin
əsas və köməkçi avadanlıqlarının uzunmüddətli qəzasız istismarı üçün
lazımi texniki vəziyyətdə saxlanılması işlərini yerinə yetirmək.
- Təmizlənmiş
suyun alınması, saxlanması və paylanması, sisteminin sanasiyasını təşkil
etmək və həyata keçirmək.
- Normativ
sənədlərə uyğun olaraq avadanlığın profilaktik baxışını, yağlanmasını və
ayrı-ayrı sistemlərin hermetikliyinin yoxlanmasını aparmaq.
- Təlimatların
layihələrini və digər texniki sənədləri (çertyojlar, spesifikasiyalar,
texniki şərtlər və s.) vaxtında hazırlamaq.
- Su
hazırlığı sistemi avadanlıqlarının layihələndirilməsi üçün texniki
tapşırığın hazırlanmasında iştirak etmək, texniki və işçi layihələrin
hazırlanmasına dair zəruri məlumatları vaxtında təqdim etmək.
- Avadanlıqların
servis xidmətləri üzrə müqavilələr üçün texniki tapşırıqları vaxtında
hazırlamaq.
- Su
hazırlığı sistemi avadanlıqları üzrə ehtiyat hissələrinin qalıqları barədə
rəhbərliyi vaxtında məlumatlandırmaq.
Şərtlər və tələblər
- Müvafiq
sahə üzrə Ali təhsil
- Müvafiq
vəzifədə ən az 3 il iş təcrübəsi olmalı
- Azərbaycan
və rus dillərini bilməli, ingilis dili arzu olunandır;
- Məsuliyyətli,
dürüst, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada
işləmək bacarığına sahib olmalı;
- AutoCAD
və MS office proqramlarını əla səviyyədə bilməli;
Iş şəraiti
İş
yeri: Pirallahı Sənaye Parkı
- Servis
xidməti mövcuddur;
- İş
saatı: 09-00-dan 18-00-dək;
- İş
günü: Həftənin 5 günü;
- Nahar
şirkət tərəfindən ödənilir;
- Tibbi
sığorta
- Azərbaycan
Respublikası ƏM-nə uyğun sənədləşmə;