Sayklinq məşqçisi (Indoor Cycling Instructor)
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
·
Stasionar velosipedlərdə müxtəlif hazırlıq səviyyələrinə
uyğun qrup məşqlərinin keçirilməsi;
·
Məşqin isinmə, əsas yük və soyuma mərhələlərinin
planlaşdırılması;
·
Velosipedlərin oturacaq və sükan parametrlərinin
iştirakçılara uyğun tənzimlənməsinə kömək edilməsi;
·
Düzgün pedal çevirmə texnikası, müqavimət və məşq
intensivliyinə nəzarət;
·
Musiqi və motivasiya üsullarından istifadə etməklə
dinamik məşq mühitinin yaradılması;
·
Avadanlığın dərsdən əvvəl yoxlanılması və təhlükəsizlik
qaydalarına riayət edilməsinə nəzarət.
Namizədə tələblər
·
Indoor Cycling və ya qrup kardio məşqləri üzrə
müvafiq təcrübə;
·
Məşq fiziologiyası, kardio yüklənmə,
intensivliyin idarə edilməsi və təhlükəsizlik üzrə biliklər;
·
Indoor Cycling üzrə müvafiq sertifikatın olması
üstünlükdür;
·
Yüksək ünsiyyət və motivasiya bacarığı;
·
Məsuliyyətlilik, pozitiv yanaşma və komandada
işləmək bacarığı;
·
Azərbaycan dili biliyi; rus və/və ya ingilis
dili biliyi üstünlükdür.
Biz təklif edirik
·
Peşəkar və dinamik iş mühiti;
·
Peşəkar inkişaf və təlim imkanları;
·
Stabil və uzunmüddətli əməkdaşlıq;
·
Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şərtləri
İş qrafiki: Həftədə
6 gün, 13:00–21:00
İş yeri: Aqua
Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55