Razılaşma ilə
K
Satış Məsləhətçisi
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
İşin təsviri
Vəzifə öhdəlikləri
- Şirkət tərəfindən mağazaya göndərilən məhsulların qəbul edilməsi, say və çeşid üzrə yoxlanılması, müvafiq qaydada yerləşdirilməsi;
- Məhsulların mağazada düzgün düzülüşünün, vitrin və rəflərin səliqəli saxlanılmasının təmin edilməsi;
- Satış qaydaları, daxili prosedurlar və keçirilən kampaniyalar haqqında məlumatların vaxtında öyrənilməsi və tətbiq edilməsi;
- Mağazaya daxil olan müştərilərin gülərüz və nəzakətli şəkildə qarşılanması;
- Müştərilərin ehtiyac və tələbatlarının müəyyən edilməsi, məhsullar haqqında ətraflı və düzgün məlumatın təqdim olunması;
- Müştərilərə seçim prosesində dəstək göstərilməsi və ehtiyaclarına uyğun məhsulların təklif edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və keyfiyyətli xidmət göstərilməsi;
- Satış prosesinin effektiv şəkildə həyata keçirilməsi və satış hədəflərinə çatmaq üçün səy göstərilməsi;
- Məhsulların qiymətləri, mövcudluğu və xüsusiyyətləri barədə müştərilərin məlumatlandırılması;
- Mağazada təmizlik və səliqənin qorunması;
- Mağaza direktorunun verdiyi tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Namizədə tələblər
- Orta və ya ali təhsil;
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi üstünlükdür;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və onların ehtiyaclarını anlamaq bacarığı;
- Satış və təqdimat bacarığı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Öyrənməyə və şəxsi inkişaf etməyə həvəsli olmaq;
- Müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə önəm vermək.
İş şəraiti
- İş yeri: Sahil qəsəbəsi;
- İş qrafiki: 6 günlük iş rejimi, həftədə 1 gün istirahət;
- Şirkətdaxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanı.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
500 ₼
Razılaşma ilə