Razılaşma ilə
K
Kassir (Şamaxı)
MaaşRazılaşma ilə
ŞəhərDigər regionlar
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
Kontakt Home komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli əməkdaş axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Müştərilərdən daxil olan pul vəsaitlərinin, o cümlədən kredit borcları üzrə ödənişlərin qəbul edilməsi;
- Qəbul edilən ödənişlərin yoxlanılması və müvafiq qaydada kassa əməliyyatlarının aparılması;
- Gündəlik satış və ödəniş dövriyyəsini əks etdirən müvafiq sənədlərin hazırlanması;
- Kassa vasitəsilə həyata keçirilən pul əməliyyatlarının, sənədlərin və qiymətlərin qeydiyyatının aparılması və mütəmadi nəzarətdə saxlanılması;
- Nağd pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi;
- Müştərilərin müraciət və suallarının dinlənilməsi, səlahiyyətləri daxilində cavablandırılması və ya müvafiq şöbəyə yönləndirilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Kassir vəzifəsi üzrə əvvəlki iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür;
- Nağd pul əməliyyatlarının aparılması üçün zəruri riyazi biliklər;
- Müxtəlif növ kassa aparatları və onların istifadə qaydaları haqqında məlumatlılıq;
- Microsoft Office proqramları üzrə biliklər;
- İş prosesində diqqətli, məsuliyyətli və dürüst yanaşma nümayiş etdirmək.
Biz nə təklif edirik?
- Rəqabətədavamlı əməkhaqqı və iş nəticələrinə əsaslanan əlavə motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera perspektivləri;
- Müasir və dinamik iş şəraiti;
- Təcrübəli və əməkdaşlığa açıq komanda ilə işləmək imkanı;
- Peşəkar bilik və bacarıqların artırılması üçün inkişaf imkanları.
İş şəraiti
- İş yeri: Şamaxı şəhəri;
- İş qrafiki: Növbəli;
- Vakansiya növü: Tam ştat.
Qeyd: Namizədlərin müraciətləri vakansiyanın tələblərinə uyğun olaraq nəzərdən keçiriləcək, yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
700 ₼
Razılaşma ilə
Razılaşma ilə