Satış üzrə mütəxəssis (İdman zalı)
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
·
Klubun üzvlük paketlərini və əlavə xidmətlərini
potensial müştərilərə təqdim etmək;
·
Müştərilərin ehtiyaclarını müəyyən etmək, uyğun
üzvlük təklifləri hazırlamaq;
·
Daxil olan müraciətləri izləmək, potensial müştərilərlə
əlaqə saxlamaq və klub turu təşkil etmək;
·
Satış prosesini, müqavilələrin rəsmiləşdirilməsini
və üzvlüyün aktivləşdirilməsini koordinasiya etmək;
·
Mövcud üzvlərlə əlaqə saxlayaraq üzvlüyün yenilənməsi
və müştəri məmnuniyyətini dəstəkləmək;
·
Satış göstəricilərini izləmək, CRM sistemini
yeniləmək və hesabatlar hazırlamaq.
Namizədə tələblər
·
Satış və ya müştəri xidməti sahəsində müvafiq iş
təcrübəsi;
·
Danışıqlar aparmaq, təqdimat və satış
bacarıqları;
·
CRM və MS Office proqramlarından istifadə
bacarığı üstünlükdür;
·
Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;
·
Azərbaycan dili biliyi; rus və/və ya ingilis
dili biliyi üstünlükdür.
Biz təklif edirik
·
Peşəkar və dinamik iş mühiti;
·
İnkişaf və təlim imkanları;
·
Stabil və uzunmüddətli əməkdaşlıq.
İş şərtləri
İş yeri: Aqua
Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.