Regionlər üzrə Satış Təmsilçisi
Vakansiya haqqında
Şirkətimiz Azərbaycanın müxtəlif regionlarında fəaliyyət
göstərəcək, satış sahəsində təcrübəyə və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri
axtarır.
İş əraziləri və hədəf müştəri sektorları
Şimal zonası
- Ərazi:
Quba, Xaçmaz, Qusar
- Hədəf
sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri.
2Cənub zonası
- Ərazi:
Lənkəran, Astara, Masallı, Cəlilabad
- Hədəf
sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri.
Qərb zonası
- Ərazi:
Gəncə, Şəmkir, Tovuz, Qazax
- Hədəf
sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları,
aqrar müəssisələr, hotel və restoranlar.
Mərkəzi və Qarabağ zonası
- Ərazi:
Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan
- Hədəf
sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri,
hotel və restoranlar.
Əsas vəzifə və öhdəliklər
- Təyin
olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının
genişləndirilməsi;
- Müəssisələrin
rəhbərləri və qərarverici şəxslərlə işgüzar əlaqələrin qurulması;
- Məhsul
və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması;
- Potensial
müştərilərlə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
- Satış
planlarının yerinə yetirilməsi və mövcud müştərilərlə münasibətlərin
inkişaf etdirilməsi;
- Bazarın
araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər
- Satış
sahəsində 1–3 il iş təcrübəsi;
- Müvafiq
region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya
mövcud işgüzar əlaqələrin olması;
- Güclü
ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Yeni
müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
- Şəxsi
avtomobilinin və sürücülük vəsiqəsinin olması;
- Məsuliyyətli,
təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
- Əməkhaqqı:
Müsahibə əsasında müəyyən ediləcək;
- İş
qrafiki: Sərbəst;
- Bonus:
Satış nəticələrinə uyğun əlavə bonus imkanları.
Vacib qeyd
- Namizədlər
müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir Satış
Təmsilçisi yalnız müraciət etdiyi və seçdiyi ərazi üzrə fəaliyyət göstərəcək.Namizədin
müvafiq regionda yaşaması və ya həmin ərazini yaxşı tanıması, eləcə də
orada mövcud müştəri əlaqələrinə malik olması üstünlük deyil, əsas tələb
kimi nəzərdə tutulur.Bir region üzrə müraciət edən namizədin başqa regiona
yönləndirilməsi nəzərdə tutulmur.