Office Manager / Business & Consulting Support
Vakansiya haqqında
Şirkətimiz ofis proseslərinin səmərəli idarə olunmasına dəstək
göstərməklə yanaşı, konsaltinq layihələrində komandaya inzibati və əməliyyat dəstəyi
verəcək proaktiv və təşəbbüskar Office Manager axtarır. Bu vəzifə
yalnız gündəlik ofis işlərini əhatə etmir – eyni zamanda namizəd idarəetmə və
biznes konsaltinq layihələrinin icrasında yaxından iştirak edərək praktiki təcrübə
qazanmaq imkanı əldə edəcək.
Siz idarəetmə komandasının tərkibində çalışaraq gündəlik
ofis əməliyyatlarının koordinasiyası, sənədləşmə proseslərinin idarə edilməsi və
təqdimatların hazırlanmasında iştirak edəcəksiniz. Bu rol xüsusilə biznes,
maliyyə və menecment sahəsində inkişaf etmək, konsaltinq mühitində təcrübə
qazanmaq istəyən namizədlər üçün yaxşı fürsətdir.
General Office Manager şirkətin daxili proseslərinin düzgün
təşkili, operativ qərarların icrası və layihə komandalarına inzibati dəstəyin
göstərilməsi ilə yanaşı, konsaltinq fəaliyyətinin ümumi effektivliyinə töhfə
verəcək.
Vəzifə öhdəlikləri
- Ofis
daxilində gündəlik əməliyyatların icrası (qaimə, müqavilə və digər sənədlərin
hazırlanması və müştərilərə göndərilməsi)
- Layihə
çərçivəsində hazırlanan PowerPoint təqdimatlarının dizayn və məzmun
baxımından redaktəsində dəstək olmaq
- Recruiting
prosesinin idarə edilməsində dəstək: yeni namizədlərin axtarışı,
elanların hazırlanması və platformalarda paylaşılması
- Rəhbərlik
tərəfindən verilmiş tapşırıqların vaxtında və düzgün icrası
- Ofis
daxilində və müştərilərə göndəriləcək sənədlərin çap olunması,
strukturlaşdırılması və düzgün formada hazırlanması
- Ofis və
layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi
Namizəd üçün tələblər
- Bakalavr
dərəcəsi (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli
sahələr)
- Azərbaycan
dilində səlis yazı və danışıq, rus dili biliyi, ingilis dili üstünlükdür
- MS
Word, MS Excel, MS PowerPoint proqramlarında yüksək səviyyədə bacarıq –
üstünlükdür
- Güclü
ünsiyyət və komandada işləmə bacarığı
- Yüksək
məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi
- Multitasking
və yeni tapşırıqlara tez adaptasiya olmaq bacarığı
- Detallara
diqqət və sənədlərlə işləmə qabiliyyəti
- Ofis
mühitində minimum 1 il iş təcrübəsi üstünlükdür