Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis
Vakansiya haqqında
Təsvir
- Məhsul
resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi
yenilənməsini həyata keçirmək;
- Resepturalarda
istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək
və sistemdə düzgün əks etdirilməsini təmin etmək;
- Məhsulların
maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə
uyğun olaraq müvafiq yenilənmələri aparmaq;
- İstehsalat,
anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar
edilmiş uyğunsuzluqları araşdırmaq;
- Mal qəbulu,
silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən
düzgün uçotunu və izlənilməsini təmin etmək;
- İnventarizasiya
proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri
təhlil etmək və səbəblərini araşdırmaq;
- Xammal
və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini
təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;
- İstehsalat,
maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək
göstərmək;
- ERP və
mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks
etdirilməsinə nəzarət etmək;
- Sistem
məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu
mütəmadi olaraq yoxlamaq.
Tələblər
- Ali təhsil
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli
sahələr üzrə;
- İstehsalat
uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş
təcrübəsi;
- Məhsul
resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması;
- ERP və
ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
- Excel
proqramında yaxşı səviyyədə işləmə bacarığı;
- Xammal
və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil
etmək bacarığı;
- Anbar,
istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi
bacarığı;
- Analitik
düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Diqqətlilik,
dəqiqlik və məsuliyyətlilik;
Vakansiya növü - Tam ştat