Maliyyə üzrə köməkçi (Finance Assistant)
Vakansiya haqqında
Şirkətimiz üçün əlavə edilmiş vəzifə təlimatına (JD) uyğun olaraq Maliyyə üzrə köməkçi (Finance Assistant) elanımız aktivdir.
Əsas tələblər və iş şəraiti aşağıdakı kimidir
Vəzifə: Maliyyə üzrə köməkçi
Aylıq əməkhaqqı (brüt): 900–1 600 AZN
İş günləri: Bazar ertəsi – cümə
İş saatları: 08:00–17:00 (bir saatlıq nahar fasiləsi daxil olmaqla)
VƏZİFƏ TƏLİMATI (JOB DESCRIPTION)
Vəzifənin adı: Accounting Assistant (Mühasib köməkçisi)
Vəzifənin məqsədi
Şirkətin mühasibat uçotu proseslərinin düzgün və vaxtında icrasına dəstək göstərmək, maliyyə sənədlərinin hazırlanmasını, uçotunun aparılmasını, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək, həmçinin Baş mühasibə gündəlik mühasibat, vergi və hesabatlılıq proseslərində dəstək vermək.
3.1. Mühasibat uçotu və gündəlik əməliyyatlar üzrə
1. Mühasibat sənədlərinin toplanması, yoxlanılması, sistemləşdirilməsi və arxivləşdirilməsi.
2. Satış və satınalma əməliyyatlarının uçotunun aparılması və müvafiq mühasibat qeydlərinin hazırlanması.
3. E-qaimə və hesab-fakturaların hazırlanması və təqdim edilməsi,
4. Müştəri və təchizatçılar üzrə üzləşdirmələrin hazırlanması, fərqlərin müəyyən edilməsi və mühasibə təqdim edilməsi.
5. Bank çıxarışlarının işlənməsi, Excel uçot cədvəllərinin yenilənməsi və bank əməliyyatlarının mühasibat uçotuna hazırlanması.
6. Gündəlik ödəniş sənədlərinin hazırlanmasına və ödəniş reyestrlərinin aparılmasına dəstək göstərilməsi.
7. Müqavilələrin, sifarişlərin, hesab-fakturaların və digər maliyyə sənədlərinin qeydiyyatının aparılması və müvafiq reyestrlərin yenilənməsi.
8. Layihələr üzrə maliyyə sənədlərinin, layihə nömrələrinin, və digər sənədlərin ilkin yoxlanılmasına dəstək göstərilməsi.
9. Əsas vəsaitlər və inventar üzrə məlumatların qeydiyyatının aparılması, inventar siyahılarının yenilənməsi və amortizasiya hesablamaları üçün məlumatların hazırlanması.
10. Ana şirkətin hesabatları üçün tələb olunan məlumatların toplanması və Excel hesabatlarının hazırlanmasına dəstək göstərilməsi.
11. Aylıq, rüblük və illik maliyyə bağlanışı prosesləri üçün tələb olunan məlumatların hazırlanması və mühasibat sənədlərinin tamamlanmasına dəstək göstərilməsi.
12. Mühasibat sənədlərinin elektron və fiziki arxivinin aparılması.
13. Baş mühasib tərəfindən verilən gündəlik maliyyə və mühasibat uçotu ilə bağlı digər tapşırıqların icra edilməsi.
3.2. Vergi uçotu və dövlət qurumları ilə əlaqələr üzrə
14. Vergi bəyannamələrinin hazırlanması üçün tələb olunan məlumatların toplanması və vergi məsləhətçisinə təqdim edilməsi.
15. Vergi portalı və digər dövlət platformalarında gündəlik əməliyyatların aparılmasına dəstək göstərilməsi
16. Statistika və digər dövlət hesabatlarının hazırlanması üçün tələb olunan məlumatların hazırlanması.
17. Daxili və xarici audit, vergi yoxlamaları və digər dövlət qurumlarının yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinə dəstək göstərilməsi.
3.3. Digər vəzifələr üzrə
18. Mühasibat uçotu üzrə müxtəlif reyestrlərin (invoice register, payment register, contract register və s.) hazırlanması və mütəmadi yenilənməsi.
19. Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, çatışmayan maliyyə sənədlərinin əldə edilməsinə dəstək göstərilməsi.
20. Mühasibatlıq şöbəsinin gündəlik inzibati işlərinə dəstək göstərilməsi.
21. Şirkətin daxili prosedurlarına, əmək intizamı qaydalarına və rəhbərliyin göstərişlərinə uyğun olaraq digər mühasibat uçotu ilə bağlı tapşırıqların vaxtında və düzgün icra edilməsi.
22. Kreditə Nəzarət şöbəsi ilə koordinasiya işlərinin aparılması, yaranan problemlərin araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi.