Mühasib
Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC Mühasib vakansiyası elan edir!
“AZ CONSTRUCTION A” MMC komandasına tikinti sahəsində təcrübəsi
olan, məsuliyyətli və dəqiq Mühasib axtarır!
Əsas vəzifə və öhdəliklər
- Mühasibat
uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
- İlkin
mühasibat sənədlərini, elektron qaimələri və hesab-fakturaları yoxlamaq və
rəsmiləşdirmək;
- Tikinti
materialları, mal və xidmətlər üzrə uçotu aparmaq;
- Tikinti
layihələri üzrə xərcləri və podratçı-subpodratçılarla hesablaşmaları izləmək;
- Debitor
və kreditor borclarına nəzarət etmək;
- İşçilərin
əməkhaqqısını və digər ödənişlərini hesablamaq;
- Bank əməliyyatlarını
və ödəniş sənədlərini rəsmiləşdirmək;
- Vergi
və digər maliyyə hesabatlarını hazırlamaq;
- Anbar
qalıqlarına nəzarət etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
- Materialların
və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
- Mühasibat
məlumatlarını 1C və MS Excel proqramlarında işləmək;
- Maliyyə
məlumatlarını və hesabatları rəhbərliyə təqdim etmək;
- Sənədlərin
düzgün saxlanmasını və mühasibat uçotunda daxili nəzarət qaydalarına riayət
olunmasını təmin etmək;
- Rəhbərliyin
müvafiq tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- tapşırıqları
vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə qarşı tələblər
- Mühasibatlıq
və ya maliyyə sahəsi üzrə ali təhsil
- Müvafiq
sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühasibat
və vergi qanunvericiliyi üzrə biliklər;
- 1C və
MS Excel proqramlarında işləmək bacarığı;
- İlkin
sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
- Mal-material
uçotunun aparılması və anbar qalıqlarına nəzarət üzrə bilik və təcrübə;
- Peşəkar
sertifikatların olması üstünlükdür.
İş şəraiti
- İş
yeri: Bakı şəhəri
- İş
günləri: Həftənin 5 günü
- İş
saatları: 09:00–18:00
- Əməkhaqqı:
Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında müəyyən
edilir.
- Rəsmi əmək
müqaviləsi
- Peşəkar
və işgüzar əmək mühiti