İT biznes analitik
Vakansiya haqqında
Namizədə tələblər
- İT
Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Biznes
tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və təcrübə;
- BRD
(Business Requirements Document) sənədinin hazırlanması bacarığı;
- Biznes
proseslərinin təhlili və BPMN notasiya standartlarına uyğun proses
diaqramlarının hazırlanması bacarığı;
- Funksional
və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
- User
Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
- Jira və
Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə
bacarığı;
- Agile/Scrum
metodologiyası üzrə anlayış;
- API və
sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki biliklər;
- Analitik
düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
- Komanda
ilə işləmək və tapşırıqları müstəqil idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri
- Biznes
tərəfdən daxil olan tələblərin toplanması, təhlili və dəqiqləşdirilməsi;
- Biznes
tələbləri əsasında BRD sənədlərinin hazırlanması və aktual saxlanılması;
- Mövcud
biznes proseslərinin araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin
hazırlanması;
- Biznes
proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
- Biznes
tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası
üçün aydın şəkildə sənədləşdirilməsi;
- User
Story, Acceptance Criteria və digər zəruri analitik sənədlərin
hazırlanması;
- Biznes
tərəf, layihə rəhbəri, proqramçılar və test komandası arasında effektiv
kommunikasiyanın təmin edilməsi;
- Hazırlanmış
funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə
ilkin funksional testlərin həyata keçirilməsi;
- İnkişaf
prosesi zamanı yaranan sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
- Layihə
üzrə görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində
iştirak;
- Tələblərdə
baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin yenilənməsi.
Üstünlük hesab olunur
- İT
layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak təcrübəsi;
- REST
API və Postman ilə işləmə üzrə ilkin biliklər;
İş şəraiti
- Həftəlik
tam iş qrafiki – 09:00-18:00
- Iş
yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.