1C Operator
Vakansiya haqqında
“Baku Aqro Az” MMC komandasına 1C Operatoru vəzifəsinə işçi
axtarır. İstixana və kənd təsərrüfatı sahəsində təcrübəsi olan namizədlərə
üstünlük verilir.
Vəzifə öhdəlikləri
- İlkin
mühasibat sənədlərinin 1C proqramına daxil edilməsi və işlənməsi;
- Məhsul,
toxum, gübrə, dərman preparatları və digər materialların mədaxil-məxaric əməliyyatlarının
qeydiyyatı;
- Anbar
qalıqlarının və material hərəkətinin izlənilməsi;
- Məhsul
istehsalı, yığımı və satışına dair məlumatların sistemə daxil edilməsi;
- Material
sərfiyyatı və məhsul qalıqları üzrə hesabatların hazırlanması;
- Elektron
qaimə-fakturalar və digər müvafiq sənədlərlə işləmək;
- Mühasibatlıq
və anbar əməkdaşları ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Məlumatların
düzgünlüyünə və sənədlərin vaxtında sistemə daxil edilməsinə nəzarət etmək.
Namizədə tələblər
- Müvafiq
sahə üzrə minimum 2 il iş təcrübəsi;
- İstixana
və kənd təsərrüfatı sahəsində mütləq iş təcrübəsi;
- 1C
proqramında sərbəst işləmək bacarığı;
- Kənd təsərrüfatı
məhsullarının, toxum, gübrə, dərman preparatları və digər materialların
uçotu üzrə biliklər;
- Anbar əməliyyatları,
materialların mədaxil-məxarici, sərfiyyatı və qalıqların uçotu üzrə təcrübə;
- Məhsul
istehsalı, yığımı və satışına dair məlumatların 1C sistemində qeydiyyatı
üzrə biliklər;
- MS
Excel proqramında işləmək bacarığı;
- Dəqiqlik,
məsuliyyətlilik və operativ işləmək bacarığı.
İş şəraiti
- İşəgötürən:
“Baku Aqro Az” MMC
- İş
qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı:
Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən
edilir.
- Rəsmi əmək
müqaviləsi və peşəkar iş mühiti.