Daxil olCV yükləVakansiya göndər
A

İnteryer Dizayner

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
2 baxışSon tarix: 18 dekabr

Vakansiya haqqında

İşin təsviri

İş barədə məlumat

  • İş qrafiki: Həftədə 6 gün;
  • İş saatları: 09:00–18:30;
  • Əməkhaqqı: 1000 - 1500 azn
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Peşəkar inkişaf və müxtəlif layihələrdə iştirak imkanı;
  • İşə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun həyata keçirilir.

ARZENA DESIGN

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5A

Öhdəliklər

  • Müştəri istəklərinə və layihənin texniki tələblərinə uyğun interyer və mebel dizaynlarının hazırlanması və təqdim edilməsi;
  • Məkanlara ilkin baxışın keçirilməsi, yerində ölçülərin götürülməsi və iş həcminin müəyyənləşdirilməsi;
  • Məkanların funksional planlaşdırılması və dizayn həllərinin hazırlanması;
  • Mebel, avadanlıq, dekorativ element və materialların layihəyə uyğun seçilməsi;
  • Mövcud brend və material çeşidlərinə əsasən layihələrin hazırlanması;
  • Eskizlərin, texniki çertyojların və işçi layihələrin detallı şəkildə tərtib edilməsi;
  • Layihələrin icra prosesində müəllif nəzarətinin təmin edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • 3ds Max, AutoCAD və Adobe Photoshop proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Mebel konstruksiyaları, materiallar və istehsal detalları haqqında biliklər;
  • Layihələrin hazırlanması və təqdimatı üzrə bacarıqlar;
  • Yaradıcı, yenilikçi və detallara diqqətli yanaşma;
  • Analitik düşünmə və problemləri effektiv həll etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • Peşəkar inkişafa və yüksək nəticələr əldə etməyə motivasiyalı olmaq.
Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax