Marketinq Analitiki
Vakansiya haqqında
Şirkətimiz məlumat əsaslı qərarların qəbulunda aktiv rol
oynayacaq, strateji düşünən və nəticəyönümlü Marketinq Analitiki axtarır.
Əsas vəzifələr
- Bazarın,
rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlilinin aparılması;
- Marketinq
kampaniyalarının effektivliyinin ölçülməsi və optimallaşdırılması üzrə təkliflərin
hazırlanması;
- Satış
və marketinq göstəricilərinin təhlili, analitik hesabatların
hazırlanması;
- Yeni
bazar imkanlarının müəyyənləşdirilməsi və inkişaf strategiyalarının
hazırlanması;
- Məlumatların
təhlili əsasında innovativ marketinq həlləri və yeni ideyaların irəli
sürülməsi;
- Marketinq
və satış komandaları ilə sıx əməkdaşlıq edərək biznes nəticələrinin
yaxşılaşdırılmasına dəstək göstərilməsi.
- Bazar
araşdırmaları və monitorinqlər üçün əraziyə çıxış etmək.
Namizədə tələblər
- Marketinq,
İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq
analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS
Excel proqramını yüksək səviyyədə bilməsi;
- 1C
proqramında işləmək bacarığı;
- Power
BI, Google Analytics 4 (GA4), Looker Studio və ya digər analitik
platformalar üzrə bilik üstünlükdür;
- Güclü
analitik və strateji düşünmə bacarığı;
- Kreativ
düşüncə tərzi, təşəbbüskarlıq və yeni ideyalar formalaşdırmaq bacarığı;
- Riskləri
düzgün qiymətləndirərək çevik qərarlar qəbul etmək bacarığı;
- Yüksək
məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik
- Rəqabətqabiliyyətli
əməkhaqqı;
- Peşəkar
inkişaf və karyera imkanları;
- Dinamik,
innovativ və inkişafyönümlü iş mühiti.
İş şəraiti
- İş
saatı: 09:00-18:00
- İş
qrafiki – 5 gün
- Əmək
haqqı qarşılıqlı razılaşma əsasinda.