Binaların idarə edilməsi və istismarı üzrə koordinator
Vakansiya haqqında
Təsvir
Portfoliomuza daxil olan binaların gündəlik fəaliyyətlərini
səmərəli və fasiləsiz idarə edəcək təcrübəli və proaktiv koordinator axtarırıq.
Bu rolun məqsədi təhkim edilən bina üzrə icarəçi və sakinlərin müştəri olaraq məmnuniyyətini
təmin etmək üçün binanı (binaları) optimal şəkildə idarə etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri
- Təhkim
olunmuş binada işçi heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək və
işlərin vaxtında icrasını təmin etmək;
- Telekommunikasiya,
istilik, elektrik, havalandırma və digər mühəndis sistemləri üzrə
texniki xidmət və təmir proseslərini planlaşdırmaq, nəzarət etmək və
əlaqələndirmək;
- Binanın
konstruksiya və infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə
mütəmadi texniki baxışları tətbiq etmək və aşkarlanan nasazlıqlar üzrə
korrektiv tədbirləri təşəbbüs etmək;
- Kommunal
xidmətlərin istehlakını təhlil etmək, xərc optimallaşdırılması və enerji səmərəliliyi
üzrə təkliflər hazırlamaq;
- Parkinq
idarəçiliyi, tullantıların utilizasiyası, binanın təhlükəsizliyi, təmizlik
və digər əməliyyat xidmətlərinə nəzarət etmək;
- Sığorta
planları, xidmət müqavilələri və üçüncü tərəf təminatçıları ilə əlaqələri
idarə etmək;
- Maliyyə
və qeyri-maliyyə əməliyyatlarını, texniki xidmət qrafiklərini, aktları və
digər sənədləri dəqiq və sistemli şəkildə qeydiyyata almaq və yeniləmək.
Tələblər
- Ali təhsil
(mühəndislik, texniki və ya idarəetmə sahələrinə üstünlük verilir);
- Müvafiq
sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühəndislik,
texniki infrastruktur və bina istismarı üzrə baza bilikləri;
- Mühasibat
uçotu və maliyyə prinsipləri haqqında əsas anlayışlar;
- Əla
şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif tərəflərlə effektiv əməkdaşlıq
etmək bacarığı;
- Güclü
analitik düşünmə, problemlərin operativ qiymətləndirilməsi və məntiqli qərarvermə
bacarığı;
- Çoxsaylı
tapşırıqları paralel idarə etmək və dinamik mühitə adaptasiya olmaq
qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- İşçinin
inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli
əmək haqqı və bonus sistemi
- Korporativ
nömrə
- Korporativ
tədbirlər
- Könüllü
tibbi sığorta
- Korporativ
loyallıq proqramına üzvlük