1 800 ₼
R
Zəif cərəyan mühəndisi
Maaş1 800 ₼
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə5+ il
Vakansiya haqqında
Tələblər
- Ali təhsil (zəif axın üzrə);
- Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
- Müvafiq normativ və standartlar barədə bilik;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri
- Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi;
- Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
- Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
- Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması;
- Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
- Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu
- Əmək haqqı: 1800 AZN +
- İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
700–750 ₼
550–900 ₼
Razılaşma ilə