Razılaşma ilə
Youtube üzrə mütəxəssis
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir.
Öhdəliklər
- Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
- Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
- Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
- YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
- Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
- YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
- Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
- Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
- Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.
Tələblər
- Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
- Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
- Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
- Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
- YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
- Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
- YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi göndərə bilər və ya https://cv.management.az/vacancy/125 linkə daxil olub müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
700–1 200 ₼
1 000 ₼
Razılaşma ilə