Daxil olCV yükləVakansiya göndər

Xaricdə Təhsil üzrə Mütəxəssis

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
TəcrübəTəcrübəsiz
1 baxışSon tarix: 13 noyabr

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Tələbələrin akademik göstəricilərinə, maraqlarına və karyera məqsədlərinə uyğun xarici universitet və təhsil proqramlarını araşdırmaq və seçmək.
  • Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimi ilə bağlı peşəkar məsləhətlər vermək.
  • Xarici universitetlərə qəbul üçün müraciət prosesini təşkil etmək və tələbələrə bütün mərhələlərdə dəstək göstərmək.
  • Qəbul üçün tələb olunan sənədlərin hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək.
  • Universitetlərin qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları barədə aktual məlumatları toplamaq və təhlil etmək.
  • Müraciət tarixlərini və qəbul prosesinin gedişatını izləmək, tələbələri vaxtında məlumatlandırmaq.
  • Tələbələr və onların valideynləri ilə mütəmadi əlaqə saxlamaq, yaranan sualları cavablandırmaq.
  • Xarici universitetlərin nümayəndələri və tərəfdaş təşkilatlarla işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək.

Namizədə tələblər

  • Xaricdə təhsil, təhsil xidmətləri və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
  • İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı; əlavə xarici dil biliyi üstünlükdür.
  • Məlumatların araşdırılması, təhlili və düzgün qərarvermə bacarığı.
  • Güclü kommunikasiya, təqdimat və koordinasiya bacarıqları.
  • Vaxtın səmərəli idarə edilməsi və bir neçə işi paralel aparmaq qabiliyyəti.
  • Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma.
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
  • Komandada işləmək və müştəriyönümlü yanaşma bacarığı.

Üstünlüklər

  • Xarici universitetlərə qəbul prosedurları barədə məlumatlı olmaq.
  • Təqaüd proqramları və beynəlxalq təhsil imkanları haqqında biliklər.
  • Xarici universitetlər və təhsil agentlikləri ilə iş təcrübəsi.

İş şəraiti

  • İş qrafiki həftə içi 09:30-18:30
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və ixtisas səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.

Maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər

Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax