Tur üzrə Satış Meneceri
Vakansiya haqqında
Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə
Satış Meneceri vakansiyası elan edir.
Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam
marketinq dəstəyi və nəticəyə bağlı komissiya.
Sizi nə gözləyir
- Hazır
lead axını - daxil olan sorğuları satışa çevirirsiniz
- Tam
marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir
- Dünya
üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil
- Sabit əmək
haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən
asılıdır
- Beynəlxalq
turizm sahəsində real karyera inkişafı
Vəzifə öhdəlikləri
- Daxil
olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən
edərək uyğun tur paketini satmaq
- Fərdi
və qrup turlarını hazırlamaq və satışını tamamlamaq
- Aylıq
satış hədəflərini icra etmək
- Otel,
aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək
- Müştərilərə
səyahət qaydaları və tur proqramları barədə məlumat vermək
- Partnyor
otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
- Tur
zamanı yaranan məsələləri operativ həll etmək
- Satışları
1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim
etmək
Namizədə tələblər
- Ali təhsil
(turizm və ya menecment ixtisası üstünlükdür)
- Turizm
satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
- Şəxsi
satış portfeli və ya korporativ müştəri bazası
- Tur
operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları
(bedbank) ilə iş təcrübəsi
- Populyar
turizm destinasiyaları üzrə geniş bilik
- Azərbaycan
dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə
- Aylıq
satış hədəfi ilə işləmək və nəticələr üzrə hesabatlılıq təcrübəsi
Üstünlükdür
- Minimum
5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində
iştirak təcrübəsi
- Geniş
coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi
- Amadeus,
Galileo kimi GDS sistemləri ilə tanışlıq
İş şəraiti
Növbəli
qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi
- İş
saatları: 09:00–18:00 və ya 10:00–19:00