Texniki mühəndis
Vakansiya haqqında
Öhdəliklər
- Sifarişçi
(və / və ya layihəçi) tərəfindən təqdim edilmiş layihələrin ilkin
araşdırılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçiyə
(və / və ya layihəçiyə) yazılı şəkildə bildirmək;
- Layihələrin
gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə,
tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün
yoxlanılması;
- Sifarişçi
və Subpodrat təşkilatlarla bağlanacaq müqavilələrin incələnərək şirkətin
maraqlanıra zidd olan nüansların müəyyən edilməsi;
- Təqdim
edilmiş layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında
ilkin material sifarişinin təchizat şöbəsinə təqdim edilməsi;
- Subpodrat
təşkilatlardan qiymət təkliflərinin, işin icrasına dair qrafiklərin
alınmasında iştirak etmək;
- Tikinti
quraşdırma işləri başlandığı andan bütün mərhələlər üzrə işlərin layihə
cizgilərinə və smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Tikinti
normalarına uyğun tələb olunan bütün qeydiyyat jurnalların və daxili sənədləşmənin
aparılmasını, laboratoriya sınaq prosedurlarının həyata keçirilməsini, mərhələlər
üzrə gizli işlərin aktının yazılmasını, tikinti sahəsinə daxil olan mal
materialların layihə smeta sənədlərinə uyğunluğunu və o cümlədən onlara
aid sertifikatların mövcudluğunu nəzarətdə saxlamaq;
- Sifarişçinin
tələbi üzrə müqavilədə qeyd edilmiş işin icra metadologiyalarının, iş
qrafikinin, gündəlik, həftəlik və aylıq hesabatların, iclas
protokollarının, işin icrasına dair mütəmadi olaraq arayışların
hazırlanmasını nəzarətdə saxlamaq;
- Ərazidə
gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti
quraşdırma işlərinin təsdiqlənmiş vaxt planına əsasən həyata keçirilməsinə
nəzarət etmək;
- Layihə
smeta sənədlərinə və təchizat planına uyğun materialların təchizatına nəzarət
etmək;
- İş
qrafikinə əsasən hər hansı bir gecikmə olduğu halda prosesi təhlil etmək və
tədbir planını hazırlamaq;
- Subpodrat
təşkilatlar tərəfindən hazırlanmış yerinə yetirilən işlər haqqında
Arayışın (Forma 2) müqaviləyə və layihə-smeta sənədlərinə uyğunluğunun
yoxlanılması;
- Aylıq
texniki hesabatların, yerinə yetirilən işlər haqqında Arayışların (Forma
2) və yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə
dəyərinə aid Arayışların (Forma 3) hazırlanaraq Sifarişçi ilə
razılaşdırılması;
- İşin
icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların,
Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin
həcminin ölçülməsi, qiymətləndirilməsi və Sifarişçi ilə razılaşdırılması;
- Layihə
xərclərinə nəzarət edilməsi və maliyyə axınının hazırlanması;
- İşlərin
Sifarişçiyə (və ya İstismarçı tərəfə) təhvil verilməsi üçün qanunvericiliyə
uyğun olaraq tələb edilən sənədlərin hazırlanmasına nəzarət etmək.