Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz şəkildə lazımi ünvana çatdırır;
- Xidməti nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət edir;
- Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir;
- Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır;
- Xidməti nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir;
- Sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə saxlayır;
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
- Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər
- B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
- Yaş həddi 25-45 aralığı;
- Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan dilini səlis, İngilis və ya rus dili biliyi arzuolunandır;
- Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır;
- Rayonlar üzrə ezamiyyətə uyğun olmalıdır.
Digər
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – sürücü) qeyd edin.