Sosial Media Marketinq (SMM) mütəxəssisi
Vakansiya haqqında
Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin
Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi
axtarır.
Əsas vəzifələr
və Instagram səhifələrinin gündəlik idarə olunması;
- Aylıq
kontent strategiyasının, kontent təqviminin və paylaşım planının
hazırlanması;
- Mətn,
vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və
paylaşılması;
- Meta
Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam
kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
- Hədəf
auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin
düzgün seçilməsi;
- Reklam
büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və
satış göstəriciləri üzrə izlənməsi;
- Süni
intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri
və qısa videoların hazırlanması;
- Foto və
video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə
edilməsi;
- Sosial
media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
- Həftəlik
və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim
edilməsi.
Namizədə tələblər
- Kişi
namizəd, yaş həddi: 30 yaş və yuxarı;
- SMM və
rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Meta
Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
- Reklam
kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri
aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
- Adobe
Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya
Canva biliyi üstünlükdür;
- CapCut,
Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində
sərbəst işləmək bacarığı;
- ChatGPT,
Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli
vizual və video kontent hazırlamaq bacarığı;
- Azərbaycan
dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
- Müstəqil,
sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq
bacarığı;
- Portfolio
və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.
Üstünlük veriləcək
- SMM və
ya reklam agentliyində iş təcrübəsi;
- Məişət
texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
- Meta
Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.
İş şərtləri
- 6
günlük iş qrafiki: 10:00–18:00;
- Rəsmi əmək
müqaviləsi;
- Nahar
şirkət tərəfindən təmin olunur;
- Əmək
haqqı: 500–800 AZN.