Şöbə Müdiri
Vakansiya haqqında
"Veysəloğlu" MMC Data Mühəndisliyi Şöbəsinə,
"Şöbə Müdiri" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda
tanış ola bilərsiniz:
Vəzifənin əsas məqsədi
- Şirkətin
məlumat infrastrukturlarının qurulması və inkişaf etdirilməsi, məlumatların
müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması
proseslərinin idarə olunması, Data mühəndisliyi həllərinin tətbiqi və şöbənin
fəaliyyətinin effektiv təşkilini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
- Şöbənin
fəaliyyətini təşkil etmək, iş proseslərinin təkmilləşdirilməsi və
optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Şirkətin
məlumatlarının müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və
saxlanılması proseslərini təşkil etmək;
- Data
infrastrukturlarının və məlumat axınlarının layihələndirilməsini,
qurulmasını və təkmilləşdirilməsini təmin etmək;
- Məlumatların
toplanması və emalı üçün ETL/ELT proseslərinin hazırlanmasına və düzgün fəaliyyətinə
nəzarət etmək;
- Data
Warehouse və Data Lake arxitekturalarının qurulması və inkişaf etdirilməsi
istiqamətində işləri təşkil etmək;
- Məlumat
bazalarının və məlumat emalı sistemlərinin fasiləsiz, etibarlı və səmərəli
fəaliyyətinə nəzarət etmək;
- Böyük
həcmli məlumatların emalı və inteqrasiyası üçün müasir texnologiyaların tətbiqini
təmin etmək;
- Data
mühəndisliyi sahəsində qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi
üzrə təkliflər hazırlamaq;
- Şöbənin
fəaliyyət istiqamətləri üzrə texniki tələbləri və parametrləri müəyyənləşdirmək
və təsdiq üçün təqdim etmək;
- Məlumatların
keyfiyyətinin, bütövlüyünün və informasiya təhlükəsizliyinin təmin
olunmasına nəzarət etmək;
- Data
mühəndisliyi fəaliyyətini təmin edən proqram təminatı və avadanlıqların
quraşdırılması və fasiləsiz işləməsini təşkil etmək;
- Şöbənin
fəaliyyət istiqamətləri üzrə dövri hesabatlar hazırlamaq;
- Şöbə əməkdaşlarının
fəaliyyətinə, təliminə və peşəkar inkişafına nəzarət etmək;
- Şirkətin
digər struktur bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;
- Rəhbərlik
tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə
yetirmək.
Namizədə dair tələblər
- İnformasiya
texnologiyaları, Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqəli sahələr
üzrə ali təhsil;
- Data
Engineering sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəhbər
vəzifədə və komanda idarəetməsi üzrə minimum 2 il iş təcrübəsi;
- SQL və
Python proqramlaşdırma dilləri üzrə yüksək səviyyədə biliklər;
- ETL/ELT
proseslərinin qurulması və idarə olunması üzrə praktiki təcrübə;
- Data
Warehouse, Data Lake və Data Modeling üzrə biliklər;
- Böyük
həcmli məlumatların emalı, inteqrasiyası və transformasiyası üzrə təcrübə;
- Məlumat
bazaları və paylanmış məlumat emalı texnologiyaları üzrə biliklər;
- Apache
Airflow, Apache Spark, Apache Kafka və oxşar texnologiyalarla iş təcrübəsi;
- AWS,
Microsoft Azure və ya Google Cloud Platform kimi bulud texnologiyaları üzrə
biliklər;
- Microsoft
Fabric;
- Data
infrastrukturlarının layihələndirilməsi, optimallaşdırılması və idarə
olunması bacarığı;
- Məlumat
təhlükəsizliyi və məlumat keyfiyyətinin idarə olunması prinsipləri üzrə
biliklər;
- Texniki
problemlərin təhlili və effektiv həll yollarının müəyyənləşdirilməsi
bacarığı;
- Analitik
düşünmə, strateji planlaşdırma və qərarvermə bacarıqları;
- Güclü
liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
- Azərbaycan
dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı.
İş şəraiti və şirkət tərəfindən təqdim olunan imtiyazlar
- Əməkhaqqı:
Namizədin peşəkar bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən
edilir;
- İş
rejimi: 5 günlük iş həftəsi, 08:00–17:00, 08:30–17:30 və ya 09:00–18:00
saatları arasında seçim imkanı;
- Hibrid
iş modeli: Həftə ərzində distant (məsafədən) işləmək imkanı;
- Yemək
və nəqliyyat təminatı: Yemək xərclərinin qarşılanması və korporativ nəqliyyat
servisindən istifadə imkanı;
- Tibbi
sığorta: Könüllü tibbi sığorta ilə təmin olunma;
- Peşəkar
inkişaf: Udemy onlayn təlim platformasına çıxış imkanı;
- Təlim
və inkişaf: Yerli və beynəlxalq peşəkar təlimlərdə iştirak imkanı;
- Əlavə
imtiyazlar: Vəzifə səviyyəsinə uyğun olaraq şirkətin digər korporativ
imtiyazlarından yararlanmaq imkanı.