Smeta və tender üzrə mühəndis
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti
layihələrinin memarlıq, mexaniki və elektrik cizgilərini təhlil etmək;
- Layihələr
üzrə iş həcmlərini hesablamaq və BOQ hazırlamaq;
- İlkin
və detallı smeta sənədlərini tərtib etmək;
- Material,
əmək və mexanizm xərclərini hesablamaq;
- Tikinti
materialları və işlər üzrə bazar qiymətlərini araşdırmaq;
- Tender
sənədlərini və kommersiya təkliflərini hazırlamaq;
- Subpodratçı
və təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisə etmək;
- Tender
təkliflərinin texniki və maliyyə təhlilini aparmaq;
- Layihələr
üzrə faktiki və planlaşdırılmış iş həcmlərini müqayisə etmək;
- Əlavə
və dəyişiklik işlərinin (Variation Order) həcmini və dəyərini hesablamaq;
- Layihələrin
maya dəyərinə və büdcəsinə nəzarət etmək;
- Aylıq
hesabatları hazırlamaq və texniki şöbə rəhbərinə təqdim etmək.
Namizədə əsas tələblər
- Ali təhsil
(İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı);
- Minimum
3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- BOQ və
smeta hazırlamaq bacarığı;
- AutoCAD
və MS Excel proqramları üzrə biliklər;
- Tender
və qiymət analizi sahəsində təcrübə;
- Layihə
cizgilərini oxumaq və təhlil etmək bacarığı;
- Analitik
düşünmə, dəqiqlik və məsuliyyətlilik.
İş şəraiti
- 5
günlük iş qrafiki;
- İş
saatları: 09:00–18:00;
- Rəqabətli
əmək haqqı;
- Rəsmi əmək
müqaviləsi.