Smeta üzrə aparıcı mühəndis
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Dövlət
və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət
növü ilə uyğun olan tenderlərin araşdırılması və şirkət iştirakının təmin
edilməsi;
- Sifarişçi
və potensial müştəri şirkətləri üçün ilkin kvalifikasiya sənədlərinin
hazırlanması;
- Bazar
qiymətlərinin araşdırılması və analizi;
- Subpodratçı
bazasının yenilənməsi;
- Şərtlər
toplusunun və layihənin sərbəst incələnməsi;
- Tender
sənədlərinin təhlili zamanı meydana çıxan suallarla bağlı tender keçirən təşkilatlara
sorğuların göndərilməsi;
- Layihə
hissələrinin aidiyyatı olan departametlərə yönləndirilməsi və ayrılan
zaman çərçivəsində məlumatların və qiymət təkliflərinin tolpanması;
MEP (Mühəndis sistemləri) / Fasad (Şüşə / Kompozit / Keramika) / Mebel
- Texniki
təkliflərin hazırlanması;
- Administrativ
təkliflərin hazırlanması;
- İş həcmlərinin
yoxlanılması və hazırlama bacarığı; Konstruksiya / Daxili tamamlama /
Landşaft / baş plan
- Cizgi
və spesifikasiyanı oxuma bacarığı;
- Material
siyahısının hazırlanması və satınalma departamentinə yönləndirilməsi, qiymət
təkliflərinin zamanında alınması;
- Tikinti
hissəsinə aid (dəmir beton, memarlıq, landşaft, daxili tamamlama) detallı
maya vahid qiymət dəyərinin hesablanması. Hesabat zamanı – istifadə ediləcək
hər bir material sərfiyyatının müəyyən edilməsi;
- Risklərin
təyini;
- Tender
təklifinin hazırlanması və zamanda təqdim edilməsi;
- Tenderdən
sonra təklifin müdafiə edilməsi;
- FHN
Resurs sistemi ilə tərtib edilən iş həcmi sisteminin anlayışı və bilikləri
- Tender
təklif büdcəsinin formalaşdırılması və icra zamanı büdcənin müdafiəsi
- Tender
material və xidmət alış və müqavilə planlamasının təşkili
- Tender
cash flow və forecast hesabatlarının hazırlanması.
Tələblər
- Ali təhsil
- mühəndis/memar (Tikinti üzrə olması üstünlükdür);
- Azərbaycan,
İngilis və Rus dillərini bilmək
- Müvafiq
sahədə minimum 5 il iş təcrübəsi;
- MS
Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Autocad
biliyi;
- Sənədləşmə
və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq;
- Tikinti
sahəsi barədə məlumatlı olmaq.
Əlavə üstünlüklər və təminatlar
- Rəqabətə
davamlı əmək haqqı;
- Bonus
və mükafatlandırma sistemi;
- Karyera
yüksəlişi imkanları;
- Əlavə
təminatlar.