Satıcı
Vakansiya haqqında
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə
satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev
adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli,
enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
- Müştəriləri
qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə
məhsul seçimində kömək etmək
- Məhsulları
rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
- Məhsulların
istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
- Mağazada
səliqə və təmizliyin qorunmasında iştirak etmək
- Şirkətin
müştəri xidməti və satış standartlarına riayət etmək
Namizədə tələblər
- Minimum
orta təhsil
- Satış
və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan
dilində sərbəst danışıq bacarığı
- İngilis
və rus dili biliyi üstünlükdür
- Kassa
və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
- Müştəriyönümlülük
və yüksək ünsiyyət bacarığı
- Dürüstlük,
diqqətlilik və məsuliyyətlilik
- Komandada
işləmək bacarığı
- Növbəli
iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq
brenddə iş imkanı
- Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil
əməkhaqqı
- Növbəli
iş qrafiki
- Peşəkar
təlim və inkişaf imkanları
- Karyera
yüksəlişi perspektivi
- Dinamik
və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: 600 AZN.