Razılaşma ilə
Santexnik
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə3–5 il
Vakansiya haqqında
TAİS İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Santexnik” axtarırıq.
Vəzifə öhdəlikləri
- Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirmək
- Su borularında, kranlarda, ventillərdə və digər santexnik avadanlıqlarda yaranan nasazlıqları aşkar etmək və aradan qaldırmaq
- Boru xətlərində su sızmalarını, tutulmaları və təzyiq problemlərini müəyyən etmək və aradan qaldırmaq
- Santexnik avadanlıqların profilaktik baxışını və planlı texniki xidmətini yerinə yetirmək
- Təmir və quraşdırma işləri zamanı müvafiq texniki norma və təhlükəsizlik qaydalarına riayət etmək.
- İş zamanı istifadə olunan alət və avadanlıqları saz və işlək vəziyyətdə saxlamaq
- İstifadə olunan ehtiyat hissələrinin və materialların sərfiyyatına nəzarət etmək
- Aşkar edilmiş ciddi nasazlıqlar və qəza halları barədə birbaşa rəhbərliyə məlumat vermək
- Görülmüş işlər və təmir nəticələri barədə hesabat vermək
Namizədə tələblər
- Müvafiq sahə üzrə peşə təhsili və ya orta ixtisas təhsili arzuolunandır
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quruluşunu və iş prinsipini bilmək
- Santexnik alətləri və avadanlıqlarından düzgün istifadə etməyi bacarmaq
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara riayət etmək
- Məsuliyyətli, intizamlı, diqqətli və operativ olmaq
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Santexnik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
700–750 ₼
Razılaşma ilə