1 550 ₼
R
Sales Consultant / Satış Məsləhətçisi
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
İş şəraiti
- 6 günlük iş qrafiki
- İş yeri: 28 May metrosu yaxınlığı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Peşəkar və dəstəkləyici iş mühiti
Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.
Əsas öhdəliklər
- Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun alış-veriş təcrübəsi yaratmaq.
- Müştərinin ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək.
- Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün məlumat vermək.
- Satış prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək.
- Vitrinlərin estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq.
- Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək vermək.
Tələblər
- Xanım namizədlər
- Yaş: 20–45
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
- İngilis dili biliyi üstünlükdür
- Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Estetik zövq, etiket və davranış mədəniyyəti
- Məhsullara qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq
- Komandada işləmək bacarığı və nəticəyönümlü yanaşma
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
Razılaşma ilə
Razılaşma ilə