Daxil olCV yükləVakansiya göndər

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
1 baxışSon tarix: 15 noyabr

Vakansiya haqqında

Namizədə olan tələblər

  • Ali təhsil;
  • Digital marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Google Ads və Meta Ads reklam kampaniyalarının idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı;
  • Lead generation və sosial media idarəçiliyi üzrə biliklər;
  • SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Regionlara ezamiyyətə hazır olmaq.

Vəzifə öhdəlikləri

  • Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlar əsasında həyata keçirmək;
  • Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını qurmaq, idarə etmək və optimallaşdırmaq;
  • Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar planlaşdırmaq;
  • Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək;
  • Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək;
  • Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar arasında bölüşdürmək;
  • Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları izləmək;
  • Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;
  • Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək;
  • Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin hazırlanmasını koordinasiya etmək;
  • A/B testləri aparmaq (reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək;
  • E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil etmək;
  • Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata keçirmək;
  • Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək;
  • Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək

İş şərtlərimiz

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax