Razılaşma ilə
“
Ofis administrator
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə3–5 il
Vakansiya haqqında
İşin təsviri
Əsas vəzifə öhdəlikləri
- Müəssisəyə gələn vətəndaşların, qonaqların və digər ziyarətçilərin qarşılanmasını, qeydiyyatını və müvafiq struktur bölmələrə yönləndirilməsini təmin etmək;
- Qəbul sahəsinin gündəlik fəaliyyətini təşkil etmək və ziyarətçilərə ilkin inzibati məlumatlandırma xidmətini göstərmək;
- Müəssisəyə daxil olan ziyarətçilərin qeydiyyatını aparmaq, zəruri məlumatları qeydiyyat jurnalına və ya elektron sistemə daxil etmək;
- Rəhbərliyin və struktur bölmə rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq görüş və qəbulların təşkilində iştirak etmək;
- Əvvəlcədən təyin edilmiş görüşləri qeydiyyata almaq və aidiyyəti şəxsləri görüşlər barədə vaxtında məlumatlandırmaq;
- Daxil olan telefon zənglərini cavablandırmaq, zəngləri müvafiq şəxslərə yönləndirmək və ilkin məlumatları təqdim etmək;
- Daxil olan yazılı sənədləri və müraciətləri qəbul etmək, müəyyən edilmiş qaydada aidiyyəti üzrə yönləndirmək;
- Ziyarətçilərin gözləmə və qəbul prosesinin nizamlı şəkildə təşkilini təmin etmək;
- Müəssisədaxili iclaslar, görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati işlərdə iştirak etmək;
- Qəbul sahəsinin səliqəli, nizamlı və lazımi avadanlıqlarla təmin olunmuş vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Ziyarətçilərlə ünsiyyət zamanı etik davranış və xidməti ünsiyyət qaydalarına riayət etmək;
- Ziyarətçilərə və müəssisəyə daxil olan müraciətlərə dair məlumatların məxfiliyini qorumaq;
- Gündəlik qeydiyyat məlumatlarını, qeydləri və fəaliyyətlə bağlı hesabatları aparmaq;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları və digər inzibati işləri öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil;
- Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Xarici dil bilikləri üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
- Nəzakətli, diqqətli və etik davranış;
- Operativlik və məsuliyyətlilik;
- Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
- Stressli vəziyyətlərdə düzgün qərarvermə və işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Eyni zamanda bir neçə tapşırığı idarə etmək və işləri prioritetləşdirmək bacarığı.
Namizəd aşağıdakıları bilməlidir
- Xidməti etik davranış və işgüzar ünsiyyət qaydalarını;
- Sənədləşmə və qeydiyyat işlərinin aparılması qaydalarını;
- Vətəndaşların qəbulu və müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi prosedurlarını;
- Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə qaydalarını;
- Telefon danışıqlarının aparılması və işgüzar yazışma qaydalarını;
- Məlumatların düzgün qeydiyyatı, saxlanılması və məxfiliyinin qorunması prinsiplərini.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Akademik rəhbərin inzibati işlər və layihələr üzrə müavini ( Simurq Liseyi)
Landau Education Group
BakıTam ştat3 saat əvvəl2
Razılaşma ilə
Razılaşma ilə
Sementləmə aqreqatı üzrə operator (cementing unit)
Modern Engineering Bureau of Azerbaijan
BakıTam ştat9 gün əvvəl7
Razılaşma ilə