Daxil olCV yükləVakansiya göndər
M
Maaş400–600 ₼
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
0 baxışSon tarix: 10 noyabr

Vakansiya haqqında

Şirkətimizə sifarişlər üzrə gəlir və xərclərin düzgün uçotunu aparacaq, maliyyə məlumatlarını sistemli şəkildə izləyəcək Mühasib / Maliyyə uçotu üzrə əməkdaş axtarırıq.

Əsas vəzifələr

  • Hər sifariş üzrə daxil olan ödəniş və avansların qeydiyyatını aparmaq
  • Hər bir xərcin aid olduğu sifariş üzrə düzgün qruplaşdırılması
  • Material, usta, çatdırılma və digər xərclərin ayrıca qeydiyyatı
  • Sifariş üzrə ümumi xərc və qazancın hesablanması
  • Avansdan nə qədər vəsait istifadə olunduğunu və qalan məbləği izləmək
  • Aylıq sifariş gəlirləri və xərcləri üzrə hesabat hazırlamaq
  • Maaş, icarə, kommunal və digər ümumi şirkət xərclərini ayrıca izləmək
  • Ay sonunda şirkətin ümumi mənfəətini hesablamaq
  • Rəhbərlik üçün aydın və sadə maliyyə hesabatları hazırlamaq

Tələblər

  • Excel proqramında sərbəst işləmək bacarığı
  • Filter, Sort, SUMIF/SUMIFS kimi funksiyaları bilmək
  • Pivot Table biliyi üstünlükdür
  • Rəqəmlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq
  • Xərclərin düzgün kateqoriyalara və sifarişlərə bölünməsinə nəzarət etmək
  • Mühasibatlıq və ya maliyyə sahəsində təcrübə üstünlükdür

Qeyd

1C və digər xüsusi mühasibat proqramlarını bilmək məcburi deyil. Əsas tələb maliyyə məlumatlarını düzgün sistemləşdirmək, sifarişlər üzrə xərcləri və qazancı dəqiq izləmək bacarığıdır.

Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax