Razılaşma ilə
H
Layihə meneceri
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
İşin təsviri
Əsas vəzifə öhdəlikləri
- Müxtəlif sahələr üzrə layihələrin planlaşdırılması, təşkili, həyata keçirilməsi və icra prosesinə nəzarətin təmin edilməsi;
- Layihələrin məqsədlərinin, fəaliyyət planlarının, icra müddətlərinin və büdcələrinin müəyyənləşdirilməsi;
- Layihələr çərçivəsində tərəfdaşlar, sponsorlar, şirkətlər və digər maraqlı tərəflərlə əməkdaşlığın qurulması və əlaqələndirilməsi;
- Layihələrin icra vəziyyətinin mütəmadi izlənilməsi, əldə olunan nəticələrin təhlili və müvafiq hesabatların hazırlanması;
- Forum, konfrans, seminar, master-klass, təqdimat və digər korporativ tədbirlərin konseptinin işlənib hazırlanması və təşkil edilməsi;
- Tədbirlərin ilkin planlaşdırma mərhələsindən yekun icrasınadək bütün təşkilati işlərin koordinasiyası və idarə olunması;
- Tədbirlərdən sonra nəticələrin qiymətləndirilməsi, iştirakçı rəylərinin əldə edilməsi və yekun hesabatların tərtib edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Layihə idarəetməsi və ya tədbirlərin təşkili sahəsində ən azı 2 il iş təcrübəsi;
- Event management və tədbirlərin koordinasiyası istiqamətində praktiki bilik və təcrübə;
- Tərəfdaşlar, şirkətlər, təchizatçılar və müxtəlif auditoriyalarla səmərəli ünsiyyət qurmaq bacarığı;
- Yüksək təşkilatçılıq, koordinasiya və komanda idarəetmə bacarıqları;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Çevik qərarvermə, problemlərin həlli və eyni zamanda bir neçə işi idarə etmək (multitasking) qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar və nəticə əldə etməyə fokuslanan olmaq.
Üstünlük hesab olunur
- Təhsil, biznes və korporativ layihələrin həyata keçirilməsində təcrübə;
- Sponsorlarla iş və tərəfdaşlıq əlaqələrinin qurulması sahəsində təcrübə;
- Dövlət və özəl sektor üzrə layihələrin idarə olunması təcrübəsi;
- Layihə idarəetmə alətləri və metodologiyaları haqqında biliklər.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik komandada işləmək imkanı;
- Müxtəlif miqyaslı layihə və tədbirlərin təşkilində iştirak;
- Peşəkar inkişaf, bilik və təcrübənin artırılması üçün imkanlar.
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
Razılaşma ilə
Razılaşma ilə