Junior Data & Automation Analyst
Vakansiya haqqında
Bakı, Azərbaycan Tam iş günü
Vəzifə haqqında
Mochiki MMC satış, istehsal və anbar məlumatlarını toplayıb təhlil edəcək, hesabat və dashboard-lar hazırlayacaq, təkrarlanan məlumat axınlarını və hesabatlılığı n8n, Power BI kimi alətlərlə avtomatlaşdıracaq Junior Data & Automation Analyst axtarır. Vəzifə data analitikası və proses avtomatlaşdırması sahəsində inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri
- Satış kanalları (filiallar, market şəbəkələri, B2B, onlayn), istehsal və anbar üzrə məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi.
- Gündəlik, həftəlik və aylıq hesabatların müəyyən olunmuş formatlarda hazırlanması.
- Plan-fakt müqayisələrinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və rəhbərliyə təqdim edilməsi.
- Satış dinamikası, məhsul çeşidi və filial göstəriciləri üzrə təhlillərin hazırlanması.
- Məlumat keyfiyyətinə nəzarət: mənbələr arasında uyğunsuzluqların aşkarlanması və aidiyyəti komandalara bildirilməsi.
- Excel modellərinin və hesabat şablonlarının aparılması və təkmilləşdirilməsi.
- Dashboard-ların və vizual hesabatların qurulması və aktual saxlanması (Power BI və ya analoq).
- Avtomatlaşdırma ssenarilərinin qurulması və dəstəklənməsi (n8n, Power Automate, Zapier və ya analoq): məlumatların avtomatik toplanması, hesabatların avtomatik formalaşdırılması və göndərilməsi, bildiriş və xəbərdarlıqlar.
- ERP və digər sistemlərdən məlumatların çıxarılması və emalı; məlumat mənbələrinin avtomatlaşdırılmış proseslərə inteqrasiyası.
- KPI göstəricilərinin hesablanmasına və izlənməsinə dəstək.
- Rəhbərliyin sorğusu əsasında birdəfəlik (ad-hoc) təhlillərin hazırlanması.
- İclas materiallarının və təqdimatların hazırlanmasında iştirak.
- Tutduğu vəzifənin funksiyasına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat, statistika, informatika, biznes idarəetməsi və ya əlaqəli sahə).
- MS Excel — yüksək səviyyə (formullar, pivot cədvəllər, axtarış funksiyaları, qrafiklər).
- Avtomatlaşdırma alətlərinə (n8n, Power Automate, Zapier və ya analoq) maraq və baza səviyyədə tanışlıq — kiçik şəxsi layihələrdən ibarət portfolio belə üstünlükdür.
- Analitik düşüncə, rəqəmlərlə işləmə dəqiqliyi və detallara diqqət.
- Nəticələri sadə və aydın formada təqdim etmə bacarığı.
- Məsuliyyət, öyrənmə həvəsi və komandada işləmə bacarığı.
- Azərbaycan dili mütləqdir; ingilis və/və ya rus dili üstünlükdür.
- Təcrübə tələb olunmur; analitika, hesabatlılıq və ya avtomatlaşdırma sahəsində 1 ilə qədər təcrübə (təcrübə proqramı daxil) üstünlükdür.
- Power BI, SQL, Python və ya API əsasları üstünlükdür.
- ERP sistemləri ilə tanışlıq üstünlükdür.
Təklif edirik
- Rəqabətli əmək haqqı və rəsmi əmək müqaviləsi.
- Sabit, tam ştat iş (Bakı).
- Data analitikası və avtomatlaşdırma sahəsində praktiki inkişaf və mentorluq.
- Peşəkar iş mühiti və karyera imkanları.
Müraciət qaydası
CV-nizi «Junior Data & Automation Analyst» mövzusu ilə info@mochiki.az ünvanına göndərməyiniz xahiş olunur.