Daxil olCV yükləVakansiya göndər

İnkassasiya əməliyyatları üzrə aparıcı mütəxəssis

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
2 baxışSon tarix: 3 dekabr

Vakansiya haqqında

Təsvir

  • İnkassatorların

marşrutlarının və gündəlik inkassa prosesinin koordinasiyası.

  • İnkassa

olunan və olunmayan marketlər üzrə gündəlik məlumatların toplanması,

yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi.

  • İnkassa

paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət edilməsi.

  • Qəbul

kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan fərqlərin

araşdırılması və düzəlişlərin koordinasiyası.

  • Problemli

inkassa paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına

təhvil verilməsinin izlənilməsi.

  • İnkassa

əməliyyatları üzrə məlumatların SAP və Tiger sistemlərinə daxil edilməsi və

müvafiq əməliyyatların icrasının izlənilməsi.

  • Terminal

ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi,

aidiyyəti komandalarla həllinin koordinasiyası.

  • Sənəd

daşınması xərcləri üzrə cədvəllərin hazırlanması və yaranan

uyğunsuzluqların araşdırılması.

  • Sürücülərin

bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti

şəxslərə təqdim edilməsi.

  • Seyf

paketlərin hazırlanması, paylanması və uçotunun aparılması.

  • İnkassa

aktlarının və protokollarının hazırlanması, sənədlərin sistemləşdirilməsi

və arxivləşdirilməsi.

  • Yeni

açılan və yeri dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin

koordinasiyası.

  • İnkassa

prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.

  • İnkassa

əməliyyatları zamanı yaranan problemlərin araşdırılması, məlumatların

düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin

verilməsi.

İş qrafiki: 5 gün, 08:00-17:00

Tələblər

  • Təhsil:

Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;

  • Təcrübə:

Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya əməliyyatların

koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi;

  • Proqram

təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə

bilik; SAP və digər ERP sistemləri üzrə biliklər üstünlükdür;

  • Peşəkar

biliklər: Kassa əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və

üzləşmə prosesləri üzrə biliklər;

  • Analitik

bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və

hesabatların hazırlanması bacarığı;

  • Şəxsi

keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, operativlik

  • Üstünlükdür:

Pərakəndə satış (Retail) və FMCG sektorunda iş təcrübəsi.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar

təminatı

  • Servislə

təmin olunur

Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax