Razılaşma ilə
D
Direktor köməkçisi
MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Vakansiya haqqında
Ünvan: Dalğa Plaza
Vəzifə: Assistent
Əmək haqqı: 1,000 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
İstirahət günləri: Şənbə və Bazar
Vəzifə öhdəlikləri
- Ofisə gələn qonaqların nəzakətli və peşəkar şəkildə qarşılanması və yönləndirilməsi;
- Qonaqlara çay, kofe və digər içkilərin təqdim olunması;
- Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi;
- Şirkətin rəsmi elektron poçt ünvanına daxil olan məktubların qəbul edilməsi, cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Rəhbərin gündəlik işlərinin və tapşırıqlarının təşkilati baxımdan dəstəklənməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və məsuliyyətlə icra edilməsi;
- Gələn və gedən yazışmaların, sənədlərin və digər məlumatların düzgün idarə olunması;
- Ofisdə gündəlik inzibati işlərin təşkilinə dəstək göstərilməsi;
- Görüşlərin və qonaq qəbulunun təşkilində iştirak edilməsi;
- Rəhbərliyin və şirkətin daxili məlumatlarının məxfiliyinin qorunması;
- Ofisin səliqəli və işgüzar mühitinin təmin edilməsinə nəzarət;
- Zəruri hallarda digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
- Azərbaycan dili – yaxşı;
- İngilis dili – yaxşı;
- Rus dili – yaxşı;
- Səlis və düzgün ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarını, xüsusilə Word, Excel, Outlook və digər ofis proqramlarını yaxşı səviyyədə bilmək;
- Elektron poçtla işləmək və rəsmi yazışma aparmaq bacarığı;
- Yüksək nəzakət, təqdimat və ünsiyyət mədəniyyəti;
- Səliqəli, baxımlı və peşəkar görünüş;
- Təşkilatçılıq və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Eyni zamanda bir neçə tapşırığı prioritetləşdirərək idarə edə bilmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Məxfi məlumatlarla işləmə və konfidensiallığı qoruma bacarığı;
Oxşar vakansiyalar
Hamısına bax Bunlar da maraqlı ola bilər
Razılaşma ilə
Razılaşma ilə
Razılaşma ilə