Daxil olCV yükləVakansiya göndər
B

Brend siması və PR nümayəndəsi

MaaşRazılaşma ilə
ŞəhərBakı
İş rejimiTam ştat
Təcrübə1–3 il
Müraciət et
4 baxışSon tarix: 26 dekabr

Vakansiya haqqında

Job Description

Başkent Restoranlar Şəbəkəsi brendin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətində iştirak edəcək və sosial media üçün hazırlanan videoçarxlarda Başkentin siması kimi çıxış edəcək əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Instagram və TikTok üçün çəkilən videoçarxlarda yeni menyuları, mövsümi təklifləri, banket və catering xidmətlərini təqdim etmək.
  • Marketinq komandası ilə birlikdə çəkiliş mövzularını seçmək, qısa ssenarilərin hazırlanmasında iştirak etmək və çəkiliş qrafikini filiallarla razılaşdırmaq.
  • Sosial media platformaları üçün story, reels kontentlərinin çəkilişi və montajı
  • Paylaşım planına uyğun olaraq Instagram-da post və hekayələr, TikTok-da isə qısa videolar yayımlamaq.
  • Sosial media hesablarında şərhləri və şəxsi mesajları izləmək, qonaqların sual və müraciətlərini vaxtında və nəzakətlə cavablandırmaq.

Namizədə tələblər

  • PR, təqdimatçılıq və ya sosial media üçün məzmun hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Kamera qarşısında sərbəst çıxış etmək, təqdimat və müsahibə aparmaq bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq və aydın mətnlər yazmaq bacarığı.
  • Telefonla çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.).
  • Ali təhsil. Jurnalistika, ictimaiyyətlə əlaqələr, marketinq və ya aktyorluq üzrə təhsil üstünlük hesab olunur.

İş şəraiti

  • Əməkhaqqı — 1 000 AZN və yuxarı (Namizədin bilik bacarıq təcrübəsinə əsasən müəyyən olunacaqdır)
  • İş qrafiki — 6 günlük iş həftəsi
  • İş yeri — Bakı şəhəri
  • Nahar şirkət tərəfindən təmin olunur.
Oxşar vakansiyalar

Bunlar da maraqlı ola bilər

Hamısına bax

Mobiloqraf

Etagi Azerbaijan
BakıTam ştat6 saat əvvəl2
Razılaşma ilə
M

Fotoqraf

Marsol
BakıTam ştat1 gün əvvəl5
Razılaşma ilə