B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi
Vakansiya haqqında
Vakansiya: Korporativ Satış Təmsilçisi (B2B)
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 27 dekabr 2026-cı il
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə B2B və korporativ satış sahəsində təcrübəyə malik, nəticəyönümlü və təşəbbüskar Korporativ Satış Təmsilçisi axtarır.
Əsas vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin genişləndirilməsi;
- Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun məhsul və xidmətlərin təqdim olunması;
- Kommersiya təkliflərinin, tender sənədlərinin, RFQ/RFP sorğularının hazırlanması;
- Satış və müqavilə danışıqlarının aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
- Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı fəaliyyətin təşkili;
- Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
- Sifarişlərin və satış sonrası xidmət proseslərinin izlənilməsi;
- Bazarın və rəqiblərin təhlil edilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
- CRM və 1C sistemlərində müvafiq məlumatların idarə olunması və müntəzəm satış hesabatlarının hazırlanması.
Namizədə dair tələblər
- B2B və ya korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağları və sürtgü materiallarının satışı üzrə təcrübə üstünlükdür;
- Güclü danışıqlar aparmaq, təqdimat etmək və müştəri münasibətlərini idarə etmək bacarığı;
- MS Excel, PowerPoint, 1C və CRM sistemləri üzrə praktiki biliklər;
- Analitik düşünmə, planlama və nəticəyönümlülük;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
- İngilis dili biliyi və ali təhsil üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar olmaq və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
- Dinamik və peşəkar komanda ilə işləmək imkanı.
Əməkhaqqı və bonus şərtləri namizədin iş təcrübəsi, bilik və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini 27 dekabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.